Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

İran və Rusiya Hind okeanında təlimlərə başladılar


İranın hərbi katerlərindən biri
İranın hərbi katerlərindən biri

İran və Rusiya Hind okeanının şimal hissəsində hərbi dəniz manevrlərinə başlayıblar.

Moskva və Tehran bildirirlər ki, təlimdən məqsəd bu regionda “dəniz ticarəti təhlükəsizliyinin təmin edilməsinin” məşqidir.

İranın dövlət telekanallarının fevralın 16-da yaydıqları xəbərdə manevrlər “Dəniz Təhlükəsizlik Kəməri” adlandırılıb və 17 min kvadrat kilometr sahəni əhatə etdiyi vurğulanıb.

Təlimdə Rusiya donanması və İslam İnqilab Keşikçiləri Korpusunun gəmiləri iştirak edirlər.

İran kontr-admiralı Qulamrza Tahani deyib ki, təlimlərdən məqsəd beynəlxalq sularda təhlükəsizliyin təmin edilməsi, dəniz quldurluğu və terrorizm əleyhinə mübarizədir.

Tahani bildirib ki, təlimlərə Hindistan donanması da qoşulacaq.

İranın IRNA dövlət xəbər agentliyi bildirir ki, təlimlər üç həftə davam edəcək.

Rusya-İran-Çin üçlüyü

Bu, 2019-cu ilin dekabrından bəri İran və Rusiyanın Çinlə birlikdə Hind okenaında və Oman körfəzində keçirdiyi ikinci dəniz təlimidir.

İran və Çin habelə 2020-ci ilin sentyabrında Rusiyada keçirilən manevrlərdə iştirak ediblər.

Təhlilçilər bildirirlər ki, Birləşmiş Ştatlarla gərgin münasibətləri olan İran Çin və Rusiya ilə hərbi sahədə əməkdaşlığını intensivləşdirib.

İran habelə ötən ilin sonlarında bir neçə hərbi manevr keçirmişdi.

Müşahidəçilərin fikrincə, bundan məqsəd ABŞ-ın yeni adminsitrasiyası üzərinə təzyiq göstərməkdir.

Ötən həftə inqilab keşikçiləri İraqla sərhəd ərazidə hərbi manevr keçiriblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG