Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

İran hakimiyyəti etirazçıları ovlamaq üçün ‘sosial media xəbərçilərindən’ istifadə edir


Təsnim xəbər agentliyinin Tvitter səhifəsindən
Təsnim xəbər agentliyinin Tvitter səhifəsindən

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun(İİKK), sosial media platformalarında yayılmış etiraz foto və videolarından nümayiş iştirakçılarını aşkara çıxarmağa çalışdığı barədə xəbərlər yayılıb.

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, inqilab keşikçilərinin aşkarlama əməliyyatına başlaması İran boyunca etirazların səngidiyi bir vaxta təsadüf edir.

On il bundan əvvəl İİKK tərəfindən yaradılmış Gerdab.ir internet səhifəsində İranın Kirmanşah və Zəncan da daxil bir çox şəhərlərində keçirilmiş nümayiş iştirakçılarının fotoları dərc olunub.

Gerdab saytı ictimaiyyəti bu adamların kimliyini müəyyənlədirməkdə köməyə çağırır. Əslində İran hakimiyyəti 2009-cu ilin etirazlarından sonra da bu üsula əl atmışdı.

Gerdab bundan sonra da “iğtişaşların arxasında olan şəxslərin” və “qiyamçıların” fotolarını dərc edəcəyini bildirir.

Yanvarın 4-də hökuməti dəstəkləyən yürüşlər keşirilib
Yanvarın 4-də hökuməti dəstəkləyən yürüşlər keşirilib

Gerdab-ın dərc etdiyi “şübhəli” fotolarını öz növbəsində mühafizəkar Məşreğ, Khabaronline.ir və Jahannews.com kimi mühafizəkar saytlar tirajlamaqla “qiyamçıların” ovuna kömək etmək istəyiblər.

Gerdab saytındakı müraciətdə yazılıb: “Əgər bu şəkildəki şəxs haqqında məlumatınız varsa, bizim vasitəmizlə xəbər verin”.

Fəallar belə xəbərçilik təşəbbüsünün köməyi ilə 450-si Tehranda olmaqla, İran boyunca minədək etirazçının həbs olunduğunu bildiriblər.

İranda Ərəb inqilabları hərəkatının “neqativ təsirinin yayılmasına qarşı” 2012-ci ildə yaradılmış Təsnim agentliyinin də İİKK-ə bağlı olduğu söylənir. Bu xəbər agentliyinin Twitter hesabında xüsusilə fəal olmuş etirazçıların fotoları yayılır və adamlardan onlar barədə hakimiyyət orqanlarına məlumat vermələri istənir.

Təsnim agentliyi xəbərçilərin zəng etməsi üçün İran Kəşfiyyat Nazirliyinin, polisin və İİKK-nin xüsusi telefon nömrələrini dərc edib.

Təsnim “ictimaiyyətə kömək məqsədilə” özünün farsdilli Twitter hesabında yaydığı bəzi nümayiş fotolarında müəyyən adamları qırmızı dairəyə alıb.

Twitter hazırda İranda bloklanıb, lakin Khamenei, Rohani, xarici işlər naziri Mohammad Javad Zarif də daxil rəsmilər, habelə rəsmi və yarımrəsmi agentliklər bu platformadan sərbəst istifadə edirlər.

Bu arada bir çox iranlıalr Twitter və başqa sosial mediaya antifiltr alətləri ilə daxil olurlar.

Təsnimin hərəkəti bir çox İran istifadəçilərini qəzəbləndirib və onlar tədbir görülməsi üçün Twitter-ə şikayət ediblər.

Nyu Yorkda mənzillənmiş “İranda İnsan Haqları” Mərkəzindən internet təhlükəsizliyi təhqiqatçısı Əmir Rəşidi yazır: “Bu hökumətyönlü xəbər agentlikləri etirazçıların həyatını çox ciddi təhlükəyə atırlar”.

İranda sosial media bloklanıb
İranda sosial media bloklanıb

Denver Universitetindən Yaxın Şərq professoru Nader Haşemi Tvitterdə yazır ki, İran hakimiyyəti etirazları boğmaq üçün “stalinçi metodlara” əl atır.

Londonda yaşayan internet eksperti Amin Sabeti Tasnimnews barədə Twitter-ə şikayət göndərib.

Sabeti AzadlıqRadiosuna deyib ki, baş verənlər Twitter-in prinsip və qaydalarına ziddir.

Bu qaydalarda deyilir ki, bu platformadan kiminsə təqibi və ya insanlar arasında nifrəti qızışdırmaq üçün istifadə oluna bilməz.

Sabeti Twitter-i bu qaydaları pozanların kimliyini faş etməyə çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG