Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:20

İran Trump-ı “vədə xilaflıqda” ittiham edir


İranın xarici işlər naziri Mohammad Javad Zarif
İranın xarici işlər naziri Mohammad Javad Zarif

İranın xarici işlər naziri ABŞ prezidenti Donald Trump-ı 2015-ci ildə Tehran və dünya gücləri arasında imzalanmış nüvə sazişi məsələsində “vədə xilaflıqda” ittiham edib.

Mohammad Javad Zarif avqustun 10-da yazdığı tvitdə qeyd edir ki, Trump bu sazişi "həmişə öldürmək istəyib və ona görə də təklənməmək üçün təqsiri Tehranın üstünə atır”.

Nazir bildirib ki, belə bir mövqe “sazişin ruhuna və məzmununa ABŞ tərəfindən dönüklük kimi qiymətləndirilə bilər”.

Trump avqustun 10-da bir daha bəyan edib ki, İran nüvə sazişinin “ruhuna” əməl etmir.

Bu saziş nüvə fəaliyyətinin məhdudlaşdırılması müqabilində İranı beynəlxalq sanksiyalardan azad edib.

İranın bu sazişə əməl etməsini monitorinq edən ABŞ və BMT agentlikləri Tehranın sazişə sadiq qaldığı nəticəsinə gəlib.

Lakin ABŞ rəsmiləri Tehranın ballistik və nüvə başlığı daşıya bilən raketlərin sınaqlarını davam etdirməsini onun nüvə sazişinin “ruhunu” pozması kimi qiymətləndirilər.

Birləşmiş Ştatlar raket sınaqları ilə bağlı İranın üzərinə bir neçə sanksiyalar qoyub.

İran israr edir ki, bu sınaqlar özünümüdafiəyə xidmət edir və buna görə də nüvə sazişinin pozulması hesab olunmamalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG