Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30

İran Trump-ın OPEC-ə çağırışını rədd edir


Bijan Zanganeh
Bijan Zanganeh

İran kartelin Avstriyada keçirilən illik iclasında ABŞ-ın OPEC-ə hasilatın ixtisarını dayandırmaq çağırışını rədd edib.

İranın neft naziri Bijan Zanganeh iyunun 19-da deyib ki, prezident Donald Trump-ın bu bəyanatı neft qiymətlərinin sabitləşdirilməsinə dair yeni sazişin perspektivlərinə kölgə salmaq məqsədi güdür.

O bildirib ki, “prezident Trump” məsələni siyasiləşdirir”.

Zanganeh deyib: “OPEC prezident Trump-dan təlimat alıb onu icra edəcək bir təşkilat deyil”.

Trump bu ay yazdığı tvitlərdə OPEC-i hasilatı azaltmağa çağırmış, aprel ayında isə yazmışdı ki, kartel qiymətlərin qalxmasına şərait yaradır.

OPEC nazirləri Vyanada habelə Rusiya ilə danışıqlar aparmağı planlaşdırıblar. Rusiya bundan əvvəl neft qiymətlərinin qaldırılması üçün hasilatı azaltmağa razılaşmışdı.

Bu görüşdən əvvəl ekspertlərin verdiyi proqnoza görə OPEC və qeyri-OPEC ölkələri hasilatın günə 1 milyon barrel artırılmasını müzakirə edə bilərlər.

Bu, hasilatın azaldılmasına dair iki il davam edən razılaşmaya son qoyacaq.

XS
SM
MD
LG