Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 05:02

İran Fransanın Total şirkəti ilə 4, 8 milyard dollarlıq qaz sazişi imzaladı


Total şirkətinin başçısı Patrick Pouyanne (solda) və İran prezidenti Həsən Ruhani 2016-cı ildə
Total şirkətinin başçısı Patrick Pouyanne (solda) və İran prezidenti Həsən Ruhani 2016-cı ildə

Fransanın enerji nəhəngi Total bildirir ki, İranla, bu ölkənin dəniz qaz yatağının inkişaf etdirilməsinə dair 4, 8 milyard dollarlıq saziş imzalayıb.

Bu, İranla dünya gücləri arasında nüvə sazişinin imzalanması və İran üzərindən əksər sanksiyaların qaldırılmasından sonra Tehranın Qərb şirkəti ilə ilk böyük sazişidir.

Bu saziş İranın Fars körfəzindəki Cənubi Pars qaz yatağının inkişaf etdirilməsi üçün imzalanıb.

Totalın baş icraçı direktoru Patrick Pouyanne və İran xarici işlər naziri Bijan Namədar Zəngənenin iştirakilə keçirilən imzalama mərasiminə Çinin Dövlət Neft Korporasiyası, habelə İranın Petropars şirkəti də qatılıblar.

Pouyanne deyib ki, bu nəhəng saziş Fransanın İrana tarixi qayıdışı kimi qiymətləndirilməlidir. Total rəhbərinin ölkə prezidebnti Həsən Ruhani ilə görüşü nəzərdə tutulub.

Total İranla bu sazişin niyyət protokolunu ötən ilin noyabrında imzalamışdı. 4, 8 milyard dollarlıq layihədə Totalın payı 50, 1 faizdir.

Layihəyə 30 təbii qaz quyusu və 2 istehsalat birliyi daxildir.

Çin Dövlət Neft Korporasiyasının bu layihədəki payı 30 faizdir. İranın Petropars şirkəti 19, 9 faiz paya malikdir.

Cənubi Pars dünyanın ən böyük qaz yatağıdır. Bu yataq 1990-cı illərdə bir müddət inkişaf etdirilib. O vaxt Total İrana ən böyük investisiya qoyan şirkətlərdən biri idi.

Lakin Total İrandan 2012-ci ildə Avropa İttifaqı Tehran üzərinə sanksiyalar elan edəndə çıxıb.

Total bildirib ki, 20 illik bu layihənin birinci mərhələsinə 2 milyard dollar vəsait yatıracaq.

Petropars şirkəti ilə saziş hələ 2017-ci ilin əvvəllərində imzalanmalı idi, lakin o vaxt Total bildirmişdi ki, ABŞ prezidenti Donald Trump-ın İran üzərinə mümkün sanksiyalarının baş verib-vermədiyini gözləyəcək.

Trump 2016-cı ilin seçki kampaniyasında İranla nüvə sazişini ləğv edəcəyi ilə hədələsə də, Ağ Ev dünya gücləri ilə imzalanmış nüvə sazişindən çıxmayıb və buna görə də İran üzərindəki sanksiyalar müvəqqəti olaraq qalxmış hesab olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG