İran prezidenti Hassan Rohani Britaniya ilə tanker dəyiş-düyüşünə, habelə Birləşmiş Ştatlarla nüvə proqramına görə sanksiyalarla bağlı dolayısı ilə danışıqlara hazır olduğuna işarə edib.
İyulun 24-də verdiyi bəyanatda Rohani deyib ki, “biz bir sıra Avrropa ölkələri ilə qarşıdurma istəmirik”.
Bu barədə məlumat İranın hökumət saytında dərc edilib.
Rohani deyib ki, Britaniya “Cəbəllütariq də daxil indiyədək gördüyü düzgün olmayan işlərdən çəkinsə, İranın hərəkətləri buna müvafiq ola bilər”.
İran və Britaniya arasında münasibətlər Britaniya Kral Donanmasının İranın Cəbəllütariq sahillərindəki tankerini həbs etməsi və buna cavab olaraq İranın Hörmüz boğazında Britaniya bayrağı altında üzən tankeri saxlamasından sonra gərginləşib.
Rohani bunu da deyib ki, Birləşmiş Ştatlar öz sanksiyalarlına “atəşkəs” qoysa, İran ABŞ-la danışıqlara hazır ola bilər.
İranla ABŞ arasında gərginlik prezident Trump ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxardıqdan sonra yaranıb.
2015-ci ildə İran və dünya gücləri arasında imzalanmış bu saziş Tehranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində İran üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasına yol açırdı.
Britaniya, Fransa, Almaniya, Rusiya və Çin sözü gedən sazişi imzalayıblar və bu razılaşmanı qoruyub saxlamağa çalışacaqlarına söz veriblər.