İranın şimal-qərbində leysan yağışlar daşqınlara səbəb olub, azı, 30 nəfər həlak olub. Xəbəri ölkənin dövlət televiziyası yayıb.
Aprelin 15-də xilasedicilər Şərqi Azərbaycan vilayətində axtarışları davam etdiriblər. Azı, yeddi nəfərin itkin düşdüyü bildirilir.
Polis və hərbi hissələr də xilasetmə işlərinə qoşulub.
Leysan yağışlar aprelin 14-də başlanıb.
Dövlət televiziyası çayların daşmasını, evləri, maşınları yuyub aparmasını göstərib.