İran orta mənzilli “Şaxab-3” raketinin sınağını keçirib.
Bu Bunu Fox News releviziyasına adı çəkilməyən ABŞ rəsmisi deyib.
Onun sözlərinə görə, təxminən min kilometrlik məsafə qət edən raket İran ərazisindən kənara çıxmayıb.
Pompeo əlavə edib ki, sınaq, raketin dəqiqliyini yaxşılaşdırmaq üçün keçirilib.
Məlumata görə İran bu sınağı iyulun 24-də keçirib.
İran hakimiyyəti hələlik ABŞ-ın bu bəyanatına münasibət bildirməyib.
Ötən ilin sonlarından bu yana İranla ABŞ arasındakı münasibətlərin pisləşdiyi müşahidə olunur.
ABŞ prezidenti Donald Trump 2018-ci ildə İranla nüvə sazişindən çıxdıqdan sonra iki ölkə arasındakı münasibətlər daha da gərginləşib.
ABŞ İranı sazişin şərtlərini pozmaqda və beynəlxalq terrorçuluğu dəstəklməkdə günahlandırır.
Tehran ittihamları rəddd edir.
ABŞ sazişdən çıxdıqdan sonra İrana qarşı sanksiyaları bərpa edib və onları daha da kəskinləşdirib.
İransa buna cavab olaraq nüvə fəaliyyətini-uran zənginləşdirilməsi üzərində işi bərpa edib.
ABŞ dəfələrlə bəyan edib ki, bu yaxınlarda Oman və Fars körfəzlərində neft tankerlərinə edilmiş hücumların arxasında birbaşa İran durur.
Tehran ittihamları rədd edir.