Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:04

ABŞ rəsmiləri Bakıda İran sanksiyalarını izah ediblər


ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu 13-16 noyabr tarixlərində Qafqaz ölkələrinə səfər edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, Bakı, Tbilisi və Yeravanda olan ekspertlər hökumət təmsilçiləri və biznes liderləri ilə görüşüblər.

“Bu səfər ABŞ-ın İrana sanksiya siyasətini dünya hökumətlərinə izah etməyə və İrana aid məqsədlərinə dair suallara cavab vermək üçün planlaşdırılmış görüşlər silsiləsindən ən sonuncusu idi”, səfrilik bildirir.

Məlumata görə, Bakıya səfəri zamanı nümayəndə heyəti Azərbaycan hökumət rəsmiləri və yerli işgüzar dairələrin nümayəndələri ilə görüşüb.

Nümayəndə heyəti suallara cavab verib. Onlar ABŞ-ın İranın stabilliyi pozan davranışını hədəf alan, bu ölkənin davranışını maksimum iqtisadi və diplomatik təzyiqlər yolu ilə dəyişdirmək cəhdlərini ifadə ediblər. Onlar həmçinin, ABŞ və Azərbaycan arasındakı əməkdaşlıq sahələrini də müzakirə ediblər.

Səfrilik əlavə edir ki, ABŞ hökumətinin sanksiyaları haqqında ətraflı məlumat, onların icrası ilə bağlı ümumi suallara cavablar Xəzinədarlıq Departamentinin Xarici Aktivlərin İdarəetmə İdarəsinin saytının “çoxverilən suallar bölümü”nə daxil edilib.

Xatırlatma

2015-ci ildə İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya, ABŞ arasında Birgə Hərtərəfli Fəaliyyət Planı qəbul edilmişdi.

Həmin il iyulun 20-də planı BMT Təhlükəsizlik Şurası da təsdiq etmişdi. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə bu ölkəyə sanksiyalar tədricən ləğv olunurdu.

Ancaq 2017-ci ildə ABŞ prezidenti Donald Trump İranla bağlı yeni strategiyanı elan edib. O İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib.

Bundan sonra ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planından çıxaraq İrana sanksiyaları bərpa edib.

Noyabrın 5-dən etibarən yeni sanksyalar işə düşüb.Bu sanksylar enerşi, bank sektoru və başqa sahələri əhatə edir.

XS
SM
MD
LG