Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:02

ABŞ ‘uşaq əsgərlərə’ görə İran biznes şəbəkəsinə sanksiyalar elan edir


Bəsicin səfərbər etdiyi uşaq əsgərlər Mərkəzi İrandakı Qum şəhəri yaxınlığında (Foto arxivdəndir)
Bəsicin səfərbər etdiyi uşaq əsgərlər Mərkəzi İrandakı Qum şəhəri yaxınlığında (Foto arxivdəndir)

Birləşmiş Ştatlar İranda İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) üçün uşaq əsgərləri səfərbər edən və təlimləndirən təşkilatı maliyyələşdirən bizneslər şəbəkəsinə qarşı yeni sanksiyalar elan edib.

ABŞ Maliyyə Nazirliyinin oktyabrın 16-da verdiyi bəyanatda deyilir ki, 20-dək şirkət və maliyyə təsisatını birləşdirən Bonyad Taavon Basij şəbəkəsi Bəsic Müqavimət Qüvvəsi adlı hərbiləşdirilmiş təşkilata sponsorluq edir. Vaşinqton bildirir ki, bu könüllü hərbi qruplaşma İİKK-ə bağlıdır.

Maliyyə naziri Steven Mnuchin deyib ki, “bu geniş şəbəkə Bəsicə uşaq əsgərlərin səfərbər edilməsində və onların təlimləndirilməsində infrastruktur dəstəyi verir”. Onun sözlərinə görə uşaq əsgərlərin hazırlanmasına İİKK rəhbərlik edir.

Bəyanatda deyilir ki, İranın “ictimai polisi” rolunu oynayan Bəsic ölkə daxilində ciddi insan haqları pozuntularına görə məsuliyyət daşıyır.

Bəsic habelə İİKK-in xarici əməliyyat qurumu olan Qüds Qüvvələri üçün yeniyetmələrin səfərbər edilməsini həyata keçirir. Bu uşaq əsgərlərdən sonradan Suriyada Bashar al-Assad rejiminə dəstək üçün hərbi qüvvə kimi istifadə olunur.

Nyu Yorkda mənzillənmiş Human Rights Watch insan haqları təşkilatı İİKK-in əfqan mühacir uşaqları Suriyada döyüşmək üçün səfərbər etməsinə dair tapıntıları sənədləşdirib.

Tehran Moskva ilə birlikdə Suriyada 2011-ci ildən bəri davam edən münaqişədə Bashar al-Assad qüvvələrinə həlledici dəstək verib.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, Bonyad Taavon Basij İranda milyardlarla dollarlıq avtomatika, metallurgiya, mədənçilik və bankçılıq sahələrinə nəzarət üçün balıqqulağı şirkətlərdən istifadə edir.

Nazirlik habelə Bank Mellat, Mehr Eqtesad Bank, Mehr Eqtesad Iranian Investment Co və beş başqa investisiya şirkətinə qarşı sanksiyalar elan edib.

Sanksiyalanan vahidlər arasında İranın Tractor Manufacturing Co və Mobarakeh Steel Co şirkətləri də var. Bunlar Yaxın Şərq və Şimali Afrika regionunda traktor istehsalı və metallurgiya üzrə ən iri şirkətlər sayılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG