Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 15:40

ABŞ İran üzərinə yeni sanksiyalar qoyur


İslam İnqilabı Keşikçiləri Korpusu

Birləşmiş Ştatlar İranın üç vahidinin və İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı 6 fərdin üzərinə yeni sanksiyalar elan edib.

Bundan iki gün əvvəl prezident Trump ABŞ-ın 2015-ci il tarixli nüvə sazişindən çıxdığını bəyan etmişdi.

ABŞ Maliyyə Nazirliyi mayın 10-da bildirib ki, bu addım İİKK-ni və onun xarici fəaliyyət qolu olan Qüds qüvvələrini “geniş maliyyələşdirən şəbəkənin” pozulması məqsədilə Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə atılıb.

Maliyyə Nazirliyinin bəyanatında bildirilir ki, “İran rejimi İİKK və Qüds qüvvəsinin maliyyələşdirilməsi üçün ABŞ dollarları əldə etmək məqsədilə BƏƏ-nin maliyyə təsisatlarından sui-istifadə edib”.

Üzərinə sanksiyalar qoyulan vahidlərin Jahan Aras Kish; The Joint Partnership of Mohammadreza Khedmati and Associates, habelə Safri Rashed kimi tanınan Rashed Exchange şirkətləri olduğu bildirilir.

ABŞ İİKK-ni Yaxın Şərqdə ekstremizm və zorakılıq törətməkdə ittiham edir.

Rusiya, Çin və hətta ABŞ-ın Avropa müttəfiqləri Britaniya, Fransa və Almaniya İranla sazişə sadiq qalacaqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG