Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:00

İran rialının dəyəri rekord həddə enib


Tehranda bir valyuta mübadiləsi məntəqəsinin işçisi 100 ABŞ dolları və onun dəyərinə bərabər İran rialı əskinaslarını göstərir.
Tehranda bir valyuta mübadiləsi məntəqəsinin işçisi 100 ABŞ dolları və onun dəyərinə bərabər İran rialı əskinaslarını göstərir.

Son günlərdə İranın milli valyutasının dəyəri bir daha yeni rekord həddə düşüb. Noyabrın 13-də 1 ABŞ dolları 41 min 100 riala dəyişdirilirdi. Bu isə cəmi iki həftə ərzində 500 rialdan çox artım deməkdir.

Rial avroya qarşı da dəyər itirib. Bir avro 48 min 900 riala dəyişdirilir. Bu, noyabrın əvvəlinə nisbətən 1000 rial artıq deməkdir.

İsveçdə yaşayan iqtisadiyyat professoru Ahmad Alavi yazır ki, rialın davamlı dəyər itirməsinin əsas səbəblərindən biri inflyasiya səviyyəsinin daim yüksək qalmasıdır. İran Mərkəzi Bankının məlumatına görə, son 6 ay ərzində inflyasiyanın səviyyəsi 10 faizə yaxın olub. Bu isə onun dünyadakı orta göstəricini üç dəfədən də çox aşması deməkdir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, yaxın zamanlarda İranın bu istiqamətdə hər hansı müsbət dəyişiklik yaşaması gözlənilmir. BVF-in ən son hesabatına əsasən, İranda 2017-ci il üçün inflyasiya həddinin 10.5 faiz, 2018-ci ilin sonunadəksə 10.1 faiz olacağı gözlənilir.

HÖKUMƏTİN MARAĞI

Ancaq struktur problemi olan inflyasiya yeganə əngəl deyil. Bu yaxınlarda Mərkəzi Bank uzunmüddətli və qısamüddətli əmanətlər üçün faiz dərəcələrini 20 faizdən 15 faizə endirmək qərarını verib. Bu qərarın ardınca İran mediası insanların əmanətlərini banklara yerləşdirməyə daha az meylli olduğunu bildirib. Bu halda xarici valyuta alıb saxlamaq daha etibarlı investisiya sayılır. Bu isə məzənnəni qaldırır.

Eyni zamanda, İran hökumətinin məzənnənin müəyyən həddə qədər yüksəlməsində maraqlı olması da mümkündür. Bu ona büdcə kəsrini doldurmağa gərəkə bilər. Dövlətin iqtisadiyyatın əsas hissəsinə nəzarət etdiyi ölkədə hökumət bazara xarici valyuta çıxaran yeganə mənbədir.

İranda islam inqilabından öncə dövriyyədə olmuş 10 min riallıq əskinas. Onun dəyəri təqribən 150 dollar olub.
İranda islam inqilabından öncə dövriyyədə olmuş 10 min riallıq əskinas. Onun dəyəri təqribən 150 dollar olub.

İranda 1990-cı illərdən bəri dövriyyədə olan 10 min riallıq əskinas. Onun dəyəri 25 sentdir.
İranda 1990-cı illərdən bəri dövriyyədə olan 10 min riallıq əskinas. Onun dəyəri 25 sentdir.

Hazırda İranda xarici valyuta iki fərqli məzənnə ilə dəyişdirilir. Azad bazar məzənnəsi noyabrın 13-də 1 dollar üçün təqribən 41 min 100 rial təşkil edib. Hökumətin apardığı əməliyyatlarda, məsələn, mühüm idxal əməliyyatlarında istifadə olunan, Mərkəzi Bankın qoyduğu rəsmi məzənnə isə 35 min 249 rialdır. İkili məzənnə sistemi korrupsiyanın geniş yayılmasına gətirib çıxarıb. Bəziləri qaydaları manipulyasiya edərək, yaxud da bank rəsmiləri ilə əlaqələrindən yararlanaraq, xarici valyutanı daha sərfəli rəsmi məzənnə ilə ala bilir. Daha sonra onu sərbəst bazar məzənnəsi ilə sataraq böyük gəlir əldə edirlər.

ŞƏFFAFLIQ

İran hökuməti uzun müddətdir ki, ikili məzənnə sisteminə son qoymaq planlarından danışır. Ancaq hökumət bu addımın nəzarətdən kənar mənfi fəsadlara, məsələn, mal və xidmətlərin qiymətlərinin həddindən çox artmasına yol aça biləcəyindən çəkinir. Valyuta məzənnəsinin belə yüksəkliyinin yaxın gələcəkdə birməzənnəli sistemə keçiləcəyindən xəbər verməsi də mümkündür.

Ahmad Alavi yazır ki, rialın devalvasiyası büdcə kəsrini doldurmaq üçün qısamüddətli çıxış yolu olsa da, ixracatı stimullaşdırsa da, İran hökuməti milli valyutanın devalvasiyasını qeyri-müəyyən vaxta qədər davam etdirə bilməz. Hökumət ölkənin büdcə strukturunda və maliyyə sistemində ciddi, mühüm islahatlar aparmalıdır.

Hazırda ölkənin maliyyə resurslarını qeyri-şəffaf durumda olan çoxsaylı qurumlar udur. Bura, əsasən, Ali dini lider Ali Khamenei-nin nəzarətindəki dini və hərbi qurumlar da daxildir.

Yazı müəllifi hesab edir ki, prezident Hassan Rouhani İran iqtisadiyyatını sabitləşdirmək istəyirsə, o, ilk növbədə təcili bu məsələni həll etməli, qurumların şəffaf və hesabatlı fəaliyyətini təmin etməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG