Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:40

İran özünün raket proqramını beynəlxalq nəzarətə verməyəcəyini deyir


İranın xarici işlər naziri Mohammad Javad Zarif fevralın 19-da Rusiyadakı Valday Klubunda çıxış edib
İranın xarici işlər naziri Mohammad Javad Zarif fevralın 19-da Rusiyadakı Valday Klubunda çıxış edib

İranın xarici işlər naziri Mohammad Javad Zarif fevralın 19-da Moskvada deyib ki, Tehran özünün raket proqramını beynəlxalq nəzarət altına verməyəcək.

ABŞ prezidenti Donald Trump İranla bağlanmış 2015-ci il nüvə sazişinə dəyişikliklər edilməzsə, Vaşinqtonun bu razıalşmadan çıxacağı ilə hədələmişdi. Trump-ın tələblərindən biri də nüvə sazişinə Tehrana ballistik raketlərin inkişaf və istehsalının qadağan edilməsini nəzərdə tutan düzəlişin edilməsidir.

Zarif jurnalistlərin bu barədə sualına cavab verərkən deyib ki, Tehran öz raket proqramını kənar monitorinqə verməyi planlaşdırmır və buna ehtiyac görmür.

Tam adı Birgə Hərtərəfli Hərəkət Proqramı (Joint Comprehensive Plan of Action) olan 2015-ci il nüvə sazişi Tehranın nüvə proqramının məhdudlaşdırılmasını və bunun müqabilində İran üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutur.

Moskvada Valday Diskussiya Klubunun görüşündə iştirak üçün səfərdə olan Zarif deyib: “ABŞ prezidentinin heç vaxt gerçəkləşməyəcək böyük ambisiyaları var”.

Rusiya və beynəlxalq xarici siyasət ekspertlərinin toplaşdığlı Valday Klubunda həm də Yaxın Şərqdəki vəziyyət müzakirə olunur.

Buradakı görüş zamanı Zarif habelə ABŞ-ın Suriyada Assad-a qarşı döyüşən kürd qüvvələrinə dəstəyini tənqid edib və Vaşinqtonu onun təbirincə deyilərsə, “geosiyasi və geoiqtisadi oyunlarda uzağı görməyən hərəkətlər” etməkdə günahlandırıb.

XS
SM
MD
LG