Keçid linkləri

Təcili xəbərlər
2023, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59

İran yeni qanadlı raketini nümayiş etdirib


İran özünün yeni raketini nümayiş etdirir
İran özünün yeni raketini nümayiş etdirir

İran yeni qanadlı raketini nümayiş etdirib.

1 300 kilometrlik məsafəni qət edə bilən raket,İran islam inqilabının növbəti ildönümü münasibətilə nümayiş etdirilib.

Reuters yazır ki, ABŞ-ın etirazı və Avropa dövlətlərinin narahatlığına baxmayaraq, İran raket proqramının genişləndirilməsi istiqamətində növbəti addım atıb.

Tehransa dəfələrlə bəyan edib ki, raket proqramı, yalnız özünümüdafiə məqsədi daşıyır.

İranın müdafiə naziri Amir Hatami fevralın 2-də keçirilən mərasimdə bildirib ki, yeni raket çox qısa bir zamanda buraxıla bilər və aşağı yüksəklikdən uça bilir.

Yer-yer tipli bu raket, 2015-ci ildə İran ordusuna verilmiş “Soumar” adlı qanadlı raketlər ailəsindəndir.

İran inqilab qvardiyası aerokosmik diviziyasının komandanı Amirali Hajizade bildirib ki, yerli mühandislər qanadlı raketlər üçün lazım olan reaktiv mühərriklərlə bağlı problemləri artıq aradan qaldırıblar.

Onun sözlərinə görə İran hazırda lazım olan bütün silahları istehsal edə bilər.

XS
SM
MD
LG