Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Rəisi prezident andı içir


İbrahim Rəisi
İbrahim Rəisi

ABŞ-ın bərpa etdiyi sanksiyalar İran iqtisadiyyatına ağır zərbə vurub. Elə yeni prezidentin əsas işlərindən biri də iqtisadi problemləri yoluna qoymaqdır.

İbrahim Rəisi İranın yeni prezidenti kimi and içərkən ABŞ-ın “qəddar” sanksiyaları ilə bağlı tədbirlər görəcəyini deyib.

Rəisi Ali dini lider Ayətulla Əli Xameneyinin rəsmi təsdiqindən sonra dövlət televiziyası ilə yayımlanan mərasimdə and içib.

Rəisi andiçmə nitqində deyib ki, hökuməti Birləşmiş Ştatların qoyduğu “qəddar” sanksiyaların qaldırılması üçün addımlar atacaq.

***

Avqustun 3-də ultramühafizəkar İbrahim Rəisi İranın yeni prezidenti kimi and içir. O, mötədil prezident Həsən Ruhanini əvəzləyəcək. Ruhaninin prezidentlik dövrünün ən böyük uğuru 2015-ci ildə İranla altı ölkə arasında nüvə sazişinin əldə olunması olub.

Andiçmə mərasimi Ali dini lider Ayətulla Əli Xameneyinin Tehranın mərkəzindəki ofisində keçirilir.

60 yaşlı Rəisi avqustun 5-də parlament qarşısında and içərək hökumət üzvlərinin siyahısını təqdim edəcək.

Nüvə danışıqları

Prezidentin qarşısında duran məsələlərdən biri nüvə sazişinin dirçəldilməsini hədəfləyən danışıqlardır. Birləşmiş Ştatlar 2018-ci ildə birtərəfli şəkildə həmin sazişdən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Bu ilsə Vyanada danışıqlar aparılır.

Rəisi seçkidəki qələbəsindən sonra deyib ki, sazişin dirçəldilməsi üzrə müzakirələri dəstəkləyir. Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

ABŞ-ın bərpa etdiyi sanksiyalar İran iqtisadiyyatına ağır zərbə vurub. Elə yeni prezidentin əsas işlərindən biri də iqtisadi problemləri yoluna qoymaqdır.

Hazırda İranla Birləşmiş Ştatlar, İsrail və Britaniya arasında daha bir böhran yaşamaqdadır. Bu üç ölkə ötən həftə Oman sahillərində İsrailin idarə etdiyi tankerə hücuma görə Tehranı sulayır. Tehran isə ittihamları rədd edir.

Etirazlar Iran Azərbaycanına da yayıldı
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Əməkdaşlıq çağırışı

Qərb ədliyyənin keçmiş rəhbəri Rəisini insan haqları pozuntularına görə ittiham edir. O, vəzifədə ikən minlərlə siyasi məhbusun kütləvi edamında roluna görə ABŞ-ın sanksiyaları altındadır.

Rəisinin prezidentliyi 2020-ci ildə parlament seçkisindəki qələbədən sonra mühafizəkarların hakimiyyətini daha da möhkəmləndirəcək. Həmin seçkiyə də minlərlə islahatçı və mötədil namizəd buraxılmamışdı.

İyulun 27-də Rəisi parlamenti iranlıların gələcəyə inamını artırmaq üçün “əməkdaşlığa” çağırıb.

“Mən ölkənin gələcəyinə çox ümidliyəm və əminəm ki, çətinliklərə və məhdudiyyətlərə üstün gəlmək mümkündür”, – o, ofisinin yaydığı bəyanatda deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG