Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:20

İranda anti-İsrail yürüşündə Səudiyyə əleyhinə şüarlar səslənib


İyunun 23-də İran şəhərlərində anti-İsrail Qüds günü keçirilib
İyunun 23-də İran şəhərlərində anti-İsrail Qüds günü keçirilib

Tehranda və İranın onlarca başqa şəhərində küçələrə axışan yüz minlərlə insan hökumətin təşkil etdiyi illik anti-İsrail Qüds yürüşünə qatılıb.

Bəzi etirazçılar iyunun 23-də keçirilmiş yürüşdə İsrail və ABŞ-ın bayraqlarını yandırmış, “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarlarını səsləndirmişlər.

İran İsraili tanımır və Qəzza zolağındakı Həməs və Livandakı Hizbullah kimi təşklilatları dəstəkləyir. Adı çəkilən hər iki qrup ABŞ Dövlət Departamentinin “terrorçu təşkilatlar” siyahısına daxil edilib.

Öz növbəsində ABŞ və onun müttəfiqi İsrail İranı terrorçuluqda ittiham edirlər.

Nümayişçilər həm də Səud kral ailəsini və İŞİD-i lənətləyən şüarlar səsləndiriblər.

Yerusəlim şəhərinin ərəb variantına uyğun olaraq Qüds adlandırılan bu günün hər il keçirilməsi ənənəsini İslam Respublikasının banisi ayətullah Xomeyni qoyub.

Builki Qüds günü Tehranda terror hücumunun ardınca və regionda Səudiyyə və İran arasında nüfuz qarşıdurmasının gərginləşdiyi bir vaxtda keçirilib.

Yürüşün mitinqində çıxış edən İran parlamentinin spikeri Əli Laricani İsraili “terrorun anası” adlandırıb və deyib ki, bu ölkə milyonlarla müsəlmanı evlərindən didərgin salıb.

Yürüşə qoşulan prezident Ruhani isə deyib ki, “bu yürüş adamların regionun sionist rejimi tərəfindən dəstəklənən terrordan təmizlənməsini istədiyini göstərir”.

Ruhani habelə ABŞ Senatının İran üzərinə yeni sanksiyalarını pisləyib.

İyunun 23-də Tehranın küçələrində habelə İranın Zolfəğar yer-yer raketləri nümayiş etdirilib.

Tehran bu günlərdə İŞİD mövqelərinə bu raketlərlə zərbə endirdiyini bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG