Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 15:45

İranlının gözünü kim çıxaracaq?


Arxiv fotosu
Arxiv fotosu

Tehranda yaşayan, qonşusu tərəfindən bıçaqla kor edilmiş 40 yaşlı kişi qisas qanunun tətbiqini istəyir


İranda bir kişi 2018-ci ildə qonşusu ilə dava edərkən onun kor olmasına səbəb olub və məhkəmə qisas qanunu çərçivəsində onun gözünün çıxarılması haqda qərar çıxarıb.

İranda göz çıxarma hökmlərinə son zamanlar az rast gəlinir. Bir çox hallarda zərərçəkənlər cəzanın icrasına etiraz edir və günahkarın maddi kompensasiya – “qanpulu” ödəməsinə razılaşırlar.


Ancaq Tehranda yaşayan, qonşusu tərəfindən bıçaqla kor edilmiş 40 yaşlı kişi qisas qanunun tətbiqini istəyir.

İslam qanununda qisas prinsipi tətbiq olunan zaman son sözü qurbanlar və ya onların ailələri deyir. Onlar cəzanın icrasını dayandıra bilərlər.

Astara sakini: 'İran yüz il də bizə lazım deyil'
Gözlə

No media source currently available

0:00 0:07:12 0:00

“Bağışlamaq niyyətim yoxdur”

İranda əksər vətəndaşlar şallaq, ətrafların kəsilməsi və göz çıxarma kimi bədən cəzalarının tətbiqini qeyri-insani və vəhşi üsullar hesab edirlər. İnsan hüquqları qrupları bu cəzaların beynəlxalq hüquqa zidd, məhbuslara işgəncə və qəddar davranışa bərabər olduğunu bildirirlər.

Sözügedən işdə isə bu cəzaya məhkum edilən kişi bıçaqla qonşusuna hücum edən zaman onu kor etmək niyyətində olmadığını deyib. Ancaq zərərçəkmiş maddi kompensasiyaya razılaşmağa hazır olmadığını deyib. “Mən bu dörd ildə çox əziyyət çəkmişəm və bağışlamaq niyyətim yoxdur”, – o deyib.

Qisas qanunu zərərçəkənlər və onların ailələrinə qətl və ya bədən xəsarətinə görə qisas tələb etmək imkanı verir. Bu halda cəza cinayətə bərabər olmalıdır. İran qanunlarına görə məhkumların hökmdən apelyasiya şikayəti vermək üçün 20 gün vaxtları olur.

Cəzanı icra edəcək həkim tapmaq...

2011-ci ildə medianın diqqətini cəlb etmiş bir işdə məhkəmə 2004-cü ildə bir qadını turşu ilə kor etmiş və üzünü yandırmış kişinin gözlərinə turşu damızdırılması haqda hökm çıxarmışdı. Cinayətin qurbanı Əminə Bəhrami daha öncə cəzanı dəstəkləsə də, günahkarı bağışlayıb. Əvəzində isə tibbi xərclərinin ödənilməsini tələb edib.

1979-cu il inqilabından bəri İranda cəmi iki gözçıxarma hökmünün icra edildiyi düşünülür. Daha öncə İran rəsmiləri bu cəzanın icrası üçün həkim tapmağın çətin olduğunu etiraf ediblər.

2015-ci ildə Amnesty International bu cəza növünün "İran ədalət sisteminin qəddarlığını nümayiş etdirdiyini və İran rəsmilərinin bəsit insanlığa …hörmətsizliyini qabartdığını” deyib.

XS
SM
MD
LG