Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Tehran ABŞ-ın yeni sanksiyalarını ‘kor qisasçılıq’ adlandırıb


Bahram Qasemi
Bahram Qasemi

Tehran ABŞ-ın İrana qarşı yeni sanksiyalarını beynəlxalq nizama “təhqir” adlandırıb və bildirib ki, bu sanksiyalar İran xalqına qarşı “kor qisasçılıq hissindən” qaynaqlanır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Qasemi bu bəyanatı oktyabrın 17-də ABŞ 20 İran şirkətinə qarşı yeni sanksiyalar elan edəndən bir gün sonra verib.

Yeni sanksiyaları “qəddar və ədalətsiz” adlandlran Qasemi deyib ki, “Vaşinqtonun beynəlxalq hüquqi mexanizmlərə etinasızlığı təkcə İran xalqına qarşı yox, həm də bütün dünyada stabillik və təhlükəsizliyə qarşı yönəlib”.

Oktyabrın 16-da verilən xəbərlərdə deyilirdi ki, Birləşmiş Ştatlar İranda İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) üçün uşaq əsgərləri səfərbər edən və təlimləndirən təşkilatı maliyyələşdirən bizneslər şəbəkəsinə qarşı yeni sanksiyalar elan edib.

ABŞ Maliyyə Nazirliyinin oktyabrın 16-da verdiyi bəyanatda deyilir ki, 20-dək şirkət və maliyyə təsisatını birləşdirən Bonyad Taavon Basij şəbəkəsi Bəsic Müqavimət Qüvvəsi adlı hərbiləşdirilmiş təşkilata sponsorluq edir. Vaşinqton bildirir ki, bu könüllü hərbi qruplaşma İİKK-ə bağlıdır.

Maliyyə naziri Steven Mnuchin deyib ki, “bu geniş şəbəkə Bəsicə uşaq əsgərlərin səfərbər edilməsində və onların təlimləndirilməsində infrastruktur dəstəyi verir”. Onun sözlərinə görə uşaq əsgərlərin hazırlanmasına İİKK rəhbərlik edir.

Bəyanatda deyilir ki, İranın “ictimai polisi” rolunu oynayan Bəsic ölkə daxilində ciddi insan haqları pozuntularına görə məsuliyyət daşıyır.

Bəsic habelə İİKK-in xarici əməliyyat qurumu olan Qüds Qüvvələri üçün yeniyetmələrin səfərbər edilməsini həyata keçirir. Bu uşaq əsgərlərdən sonradan Suriyada Bashar al-Assad rejiminə dəstək üçün hərbi qüvvə kimi istifadə olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG