Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:54

Əcnəbilərlə evli İran qadınları övladlarına vətəndaşlıq verə biləcəklər


Abbas-Ali Kadkhodaei
Abbas-Ali Kadkhodaei

İran Konstitusiyaya Nəzarət Şurası əcnəbilərlə evlənmiş iranlı qadınlara İran vətəndaşlığını övladlarına ötürmək hüququ verən qanun əlavəsini qəbul edib.

Şuranın sözçüsü Abbas Ali Kadkhodaei bu barədə bəyanatı oktyabrın 2-də, qanun əlavəsi parlamentdən keçdikdən dörd ay sonra verib.

İranda parlamentdən keçən qanun layihələrinin qüvvəyə minməsi Nəzarət Şurasından asılıdır. Şura sözü gedən qanun dəyişikliyinin bundan əvvəlki iki mətnini rədd etmişdi.

İnsan haqları fəalları çoxdan bəri idi ki, İranın “ayrı-seçkiçi” vətəndaşlıq qanununun islahatına çağırırdılar.

Onlar bildirirdilər ki, köhnə qanun minlərlə uşağın vətəndaşlıqsız qalmasına səbəb olub.

Qanun dəyişikliyi xaricilərə evli olan qadınlara övladlarına, onlar 18 yaşına çatanadək İran vətəndaşlığı vermək hüququ tanıyır.

Burası da var ki, indi Kəşfiyyat Nazirliyi və İslam Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı İran vətəndaşlığı qanununa dəyişikliyin “təhlükəsizliyə xələl gətirmədiyinə” arayış verməlidir.

Parlament may ayında bu qanuna səs verdikdən sonra Human Rights Watch insan haqları təşkilatı bildirmişdi ki, bu əlavə, sözü gedən uşaqlara səhiyyə, təhsil və peşə sahələrinə çıxışı asanlaşdıracaq.

İranda atası əcnəbi, anası iranlı olan uşaqlraın sayı dəqiq bilinmir. Amma bu məsələ ölkədə çox sayda qadının Əfqanıstandan gəlmiş miqrantlarla evlənməsinə görə xeyli aktuallaşıb.

Hazırda İranda 3 milyon əfqanın yaşadığı təxmin edilir.

XS
SM
MD
LG