Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

İran prezidenti ölümlə hədələnir?


“Ey o kəslər ki, şüarınız danışıqlardır, Fərəhin hovuzu sizi gözləyir” plakatı
“Ey o kəslər ki, şüarınız danışıqlardır, Fərəhin hovuzu sizi gözləyir” plakatı

İrandan alınan xəbərlərdə deyilir ki, şiə İslamının baş şəhəri sayılan Qumdakı dini seminariyadakeçirilmiş etiraz aksiyasındakı plakatlardan birində prezident Hassan Rohaniyə ölüm hədəsinə işarə edilib.

Qum bir çox nüfuzlu ruhanilərin və ilahiyyatı öyrənən minlərlə tələbənin yaşadığı şəhərdir.

Avqustun 16-da keçirilmiş bu yığıncaqda çıxıç edənlərdən birinin də İslam İnqilabı Keçşikçiləri Korpusu komandanının olduğu deyilir. Bu yığıncağa toplaşanlar ölkədə yaranmış ağır iqtisadi vəziyyətə, ələlxüsus da milli valyuta rialın ucuzlaşmasına etiraz bildirirdilər.

Lakin sözü gedən plakatda yazılan şüarda deyilirdi ki, Birləşmiş Ştatlarla danışıqlar tərəfdarı olanların axırı keçmiş prezident Akbar Hashemi Rafsanjani kimi olacaq.

Rafsanjani rəsmi məlumata görə 2017-ci ildə öz əcəli ölsə də, ailə üzvləri də daxil, bəziləri onun öldürüldüyündən şübhələnirlər.

Fərəhin hovuzu

Sözü gedən şüarda yazılmışdı: “Ey o kəslər ki, şüarınız danışıqlardır, Fərəhin hovuzu sizi gözləyir”.

Bəziləri burada mərhum şah Məhəmməd Rza Pəhləvinin xanımı Fərəhin nəzərdə tutulduğunu düşünürlər.

Rafsanjaninin meyitini cangüdənləri Tehranın mərkəzindəki üzgüçülük hovuzunda tapmışdılar. O bu hovuzda müntəzəm olaraq üzərdi. Onun 82 yaşı vardı.

Sübuta yetirilməmiş iddialara görə Rafsanjani ya suda boğulmuş, ya da zəhərlənmişdi. Bu hovuz əvvəllər Pəhləvi rejiminin istifadəsində olmuşdu.

Xəbər verilir ki, Qum seminariyasındakı aksiyada peyda olmuş şüarı bir çoxları prezidentə ölüm hədəsi kimi yozublar. Beləki Amerika Birləşmiş Ştatları ilə 2015-ci ilin nüvə sazişi üçün danışıqları onun hökuməti aparıb.

Lakin Donald Trump-ın ABŞ-ı bu sazişdən çıxarması və İran üzərinə sanksiyaları bərpa etməsi, bir vaxtlar qələbə sayılan bu razılaşmaya nifrət yaradıb.

Sözü gedən aksiyanın iştirakçıları ölkənin ali rəhbəri ayətüllah Ali Khamenei-nin danışıqlardan peşmançılıq ifadə edən bəyanatını dəstəkləyiblər. Khamenei deyib ki, o Rohani hökumətinə ABŞ-la danışıqlara girmək icazəsi verməklə səhv buraxıb.

İranı sanksiyalardan xilas etməli olan 2015-ci il sazişi, faktiki olaraq ölkənin daha dərin iqtisadi böhranla üzləşməsinə gətirib çıxarıb.

Necə olursa olsun sözü gedən şüar bir sıra siyasətçi və təhlilçilərin narahatlığına səbəb olub.

İran parlamentinin spiker müavini Ali Motahari deyib: “Bu şüar əslində o deməkdir ki, cənab prezident biz səndən canımızı Hashemi Rafsanjanidən qurtardığımız kimi qurtaracağıq”. Motahari ölkənin Kəşfiyyat Nazirliyini bu üstüörtülü hədəni araşdırmağa çağırıb.

O əlavə edib ki, belə bir təhqiqat Hashemi Rafsanjaninin ölümü üzərindəki müəmmaya da işıq sala bilərdi.

İran ruhaniləri ABŞ-a etiraz olaraq dollar yandırırlar
İran ruhaniləri ABŞ-a etiraz olaraq dollar yandırırlar

Motahari deyib ki, avqustun 16-da Qum seminariyasında qaldırılan plakatlar burada oxuyanların bir qisminin sosial və siyasi degenerasiyaya uğradığını göstərir.

“Müəyyən qrup”

Mühafizəkar Comhuriyye Eslami qəzeti isə yazır ki, sözü gedən plakatların üstündə “tədbirdən sonra qaytarın” yazılmışdı. Bu isə plakatların müəyyən bir qrup tərəfindən hazırlandığına işarə ola bilər.

Qumda yaşayan sərt xətt-hərtəkət tərəfdarı, ruhani Nasser Ayətüllah Makarem Shirazi isə Qum seminariyasında baş vermiş bu hadisəni İmam Khomeini də daxil bir çox ruhani liderlərin oxuduğu təhsil ocağı üçün “rüsvayçılıq” adlandırıb.

Makarem deyib ki, seminariyanın rəhbərliyi belə bir halın yer almasının səbəbini izah etməlidir. Onun sözlərinə görə İslam İnqilab Keşikçiləri Korpusu da tədbirdə iştirak etmiş üzvlərinin buna icazəsi olub-olmadığına aydınlıq gətirməlidir.

İslahatyönlü ruhani xadim, mərhum ayətüllah Hossein Ali Montazerinin oğlu Ahmad Montazeri AzadlıqRadiosuna deyib ki, bu tədbirdə İranın hərbi və təhlükəsizlik orqanlarının da əli olub. O konkret adlar çəkməsə də deyib:

"Müəyyən qruplar var ki, özlərini bu ölkənin ağası hesab edirlər. Onlara elə gəlir ki, İslamı təmsil edirlər. Belələri həm hərbidə, həm də təhlükəsizlik orqanlarında var. Onlar istədikləri yerlərə gedirlər. Onlar hətta ruhaniyyət tələbələrinə işarə verməkdən və ölkənin seçkili prezidentini hədələtdirməkdən belə çəkinmirlər”.

Lakin bu plakatı prezidentə hədə saymayanlar da var. Rohaninin qatı tənqidçisi, millət vəkili Hamid Resaei deyib:

"Bu şüarın mənası odur ki, Böyük İblislə danışıqlar barədə nikbin olanlar rüsvayçılıqla öləcəklər. Hökumətyönlü media bu söhbəti şişirtməyə və ictimaiyyətin diqqətini raket sürəti ilə artan qiymətlərdən və iqtisadi vəziyyətdən yayındırmağa çalışır”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG