Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

İran parlamenti işə başlayır, bəzi deputatlar qucaqlaşaraq görüşür


Yeni koronavirus epidemiyasının əvvəllərində bağlanmış İran parlamenti aprelin 7-də işini bərpa edib.

Tehran dalbadal son 7 gün ərzində yeni yoluxmaların azaldığı barədə məlumat verirdi.

Parlamentin təkrar açılışında 290 deputatın təxminən üçdə ikisi iştirak edib. Milli Məclisin spikeri Ali Larijani bu sessiyada iştirak etmirdi. Onda ötən həftə koronavirus aşkar olunub.

Fevralın 25-dən karantində olan İran parlamentinin azı 31 deputatı koronavirusa yoluxmuşdu.

Karantini uzatmaq qanunu keçməyib

Sessiyadan televiziya ilə yayınlanan reportajlarda bəzi deputatların sosial məsafə təlimatına baxmayaraq öpüşüb-qucaqlaşdıqları görünürdü.

Bu sessiyada ölkənin daha bir ay müddətinə bağlı saxlanmasına dair qanunvericilik aktı bloklanıb.

Deputat Shadmehr Kazemzadeh ISNA agentliyinə deyib ki, “bu qanun iş yerlərinin və inkişafın qorunub saxlanmasına zidd idi”.

Millət vəkili bağlı qalan bizneslərə müavinətin kim tərəfindən ödənəcəyini soruşub.

Lakin bu qanunvericilik aktının layihəsini hazırlamış deputat Abdolkarim Hosseinzadeh deyib ki, İran hələ də bu virusun əlində “girinc” qalıb.

Koronavirusdan mart ayında vəfat etmiş millət vəkili Fatemeh Rahbarin dəfni
Koronavirusdan mart ayında vəfat etmiş millət vəkili Fatemeh Rahbarin dəfni

Rəqəmlər həqiqəti əks etdirirmi?

Bu arada Səhiyyə Nazirliyinin sözçüsü Kianush Jahanpur bildirib ki, ölkədə bu virusdan daha 133 ölümqeydə alınıb və ölənlərin sayı 3872-yə çatıb.

Eyni zamanda ölkədə daha 2089 yeni yoluxma baş verib və İran üzrə koronavirusa yoluxanların sayı hazırda 62,589 nəfərdir.

İran ölkədə COVID-19-a ilk yoluxmanı fevralın 19-da elan etmişdi. Həmin gün virusdan iki nəfərin öldüyü xəbər verilirdi.

İran bütün dünyada koronavirusun ən ağır zərbəsinə məruz qalmış ölkələrdən biridir.

Ekspertlər İranda koronavirusla bağlı əsl rəqəmlərin gizlədildiyi qənaətindədirlər.

İran hakimiyyət orqanları epidemiyanın başlanğıcında göstərdiyi astəgəlliyə görə tənqid edilir.

O vaxt Qum şəhərinin bütünlüklə karantinə keçirilməsi ləngidilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG