Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 16:54

İran parlamenti əmək nazirini vəzifəsindən kənarlaşdırır


Ali Rabiei
Ali Rabiei

İran parlamenti ölkənin əmək və sosial təminat nazirini etimad səsverməsi ilə vəzifəsindən kənarlaşdırıb.

Avqustun 8-də 129 millət vəkili Ali Rabein-in əlehinə səs verib və onu işsizliyin artmasında, maaşların gecikdirlməsinə və ödənməməsində, nazirlik daxilindəki korrupsiyada ittiham edib.

Parlamentin 243 deputatından 111-i Rabei-nin postunda qalmasına səs vermişdi.

Prezident Rohani qarşıdan gələn həftələrdə parlament qarşısında hökumətin ölkənin iqtisadi çətinlikləri ilə necə mübarizə apardığına dair hesabat verməlidir. Son aylarda İranın milli valyutası rialın dəyəri iki dəfə azalıb.

Son həftələrdə Tehran və başqa şəhərləri koprtəbii etiraz aksiyaları bürüyüb.

İranda son vaxtlar iqtisadiyyatın böhrana doğru sürüklənməsini ABŞ-ın Tehrana münasibətdə tutduğu sərt mövqe ilə əlaqələndirirlər.

Donald Trump ABŞ-ı İranla 2015-ci ilin nüvə sazişindən çıxarıb və İran üzərinə sanksiyaları bərpa edib.

Sanksiyalar noyabrın 4-də neft sektoruna şamil edildikdən sonra iqtisadi və ictimai-siyasi böhranın daha da dərinləşəcəyi gözlənilir.

İranın iqtisadi çətinliklərindən ictimai narahatlıqla bağlı prezident Rohani iyul ayında Mərkəzi Banka yeni sədr təyin edib. Təhlilçilər bu təyinatı sərt xətt-hərəkət tərəfdarlarına güzəşt kimi qiymətləndiriblər.

Avqustun 5-də İran hequq-mühafizə orqanları iddia olunan iqtisadi cinayətlərə görə Mərkəzi Bankın xarici valyuta mübadiləsi üzrə vise-prezidentini həbs edib.

İndi isə əmək nazirinin postundan kənarlaşdırılması hökumət üçün daha bir zərbə sayıla bilər.

XS
SM
MD
LG