Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 19:30

Bəsic üzvünün qətlinə görə ölüm cəzaları dəyişdirilib


Hədis Nəcəfi
Hədis Nəcəfi

İranda noyabrın 3-də Kərəc şəhərində Bəsic hərbi qruplaşma üzvünün ölümünə görə üç nəfərin ölüm cəzası həbslə əvəzlənib. Ali Məhkəmə Ruhulla Əcəmyanın ölümündə təqsirləndirilən digər şəxslərin də cəzasını azaldıb.

“Saxlananların durumunu izləyən komitə” adlı Telegram kanalının aprelin 18-də bildirdiyinə görə, hökmlərə dəyişiklik Kərəc İslam İnqilab Məhkəməsi 16 təqsirləndirilənin işini yenidən nəzərdən keçirəndən sonra baş verib. Onlar hökumətə qarşı nümayişdə Əcəmyanın ölümünə səbəb olmaqda ittiham edilirlər.

Vəkillərdən Babək Pakniya Twitter-də yazıb ki, təqsirləndirilən Həmid Qarahəsənlinin ölüm cəzası 15 illik həbslə əvəzlənib. Reza AriyaHüseyn Məhəmmədiyə çıxarılmış ölüm cəzası isə 10 il həbslə əvəz olunub.

Həbs müddətləri 3-10 ilə salınıb

Digər təqsirləndirilənlərin cəzaları 3 ildən 10 ilədək müddətə salınıb, üç nəfər isə Ali dini lider Ayətullah Əli Xameneyinin bu ilin fevralında verdiyi əfvə düşüblər.

Ötən ilin sentyabrında 22-yaşlı Məhsa Əmini guya hicab qaydasını pozduğuna görə saxlanıb və polisdə vəfat edib. Bundan sonra ölkəni kütləvi etirazlar bürüyüb.

Elə bu işdə təqsirləndirilən 16 nəfərin hamısı həmin etirazlarda iştiraka görə hədəfə alındıqlarını deyirdilər.

Pakniyanın sözlərinə görə, həbsə məhkum edilənlər şikayət verəcəklər, çünki onlar da amnistiyaya düşdüklərini deyirlər.

İnsident noyabrın 3-də Alborz vilayətinin paytaxtı Kərəcdə, etirazlarda öldürülmüş Hədis Nəcəfinin qırx mərasimində baş verib. Müstəntiqlər deyirlər ki, 27-yaşlı Əcəmyan yasa gəlmiş bir qrup şəxs tərəfindən lüt soyundurularaq öldürülüb.

3-6 günlük məhkəmələr

İnsan haqları qrupları İranda etirazçılara ölüm hökmü çıxarılmasını pisləyib, onların 3-6 gün ərzində “saxta məhkəmələr”də mühakimə olunduğunu bildirib.

İxtisasca həkim olan Qarahəsənlinin qardaşı deyirdi ki, onun bacısı və baldızına işgəncə verilib.

Bu işdə ölümə məhkum edilən iki nəfər – Məhəmməd Mehdi Kərmi Seyid Məhəmməd Hüseyni artıq edam olunublar.

Əminin ölümündən sonra keçirilən etirazlarda azı 516 nəfər, o cümlədən 71 azyaşlı öldürülüb.

Ötən il İranda azı 500 nəfərin edam olunduğu bildirilir.

XS
SM
MD
LG