Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:54

BMT İranın nüvə silahı üzərində işləməsinin sübutunu görmədiyini deyir


İsrailin baş naziri Benjamin Netanyahu və ABŞ-ın dövlət katibi Mike Pompeo aprelin 30-da İranın nüvə planlarını müzakirə ediblər
İsrailin baş naziri Benjamin Netanyahu və ABŞ-ın dövlət katibi Mike Pompeo aprelin 30-da İranın nüvə planlarını müzakirə ediblər

Beynəlxalq Atom Enerjisi Agentliyi (The International Atomic Energy Agency - IAEA) mayın 1-də bildirib ki, İranın 2009-cu ildən bu yana “partladıcı nüvə qurğusu” üzərində işlədiyinə dair “inandırıcı” fəlillər yoxdur və BMT 2015-ci ildə bu barədə hesabatını verdikdən sonra bu məsələ “bağlı” hesab olunur.

2015-ci il hesabatında da qeyd olunurdu ki, 2009-cu ildən sonra İranın nüvə partladıcı qurğusu üzərində iş aparmasına dair inandırıcı məlumatlar yoxdur.

https://www.iaea.org/newscenter/pressreleases/statement-on-iran-by-the-iaea-spokesperson

IAEA-nın bu bəyanatından əvvəl, aprelin 30-da İsrailin baş naziri Benjamin Netanyahu bildirmişdi ki, İranın nüvə silahı planlarına dair yeni “sübutlara” malikdir.

2015-ci ildə İran və 6 dünya gücü arasında imzalanmış sazişə əsasən Tehranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində onun üzərindəki iqtisadi sanksiyalar qaldırılır.

O vaxtdan bəri BMT müfəttişləri İranın sazişin şərtlərinə əməl etdiyinə dair bir neçə dəfə hesabatla çıxış ediblər.

İran son iddiaları ilə bağlı Netanyahunu “bədnam yalançı” olmaqda ittiham edib.

ABŞ prezidenti Donald Trump İranla nüvə sazişindən narazıdır və onun “dəhşətli qüsurlarının” aradan qaldırılması üçün Avropa müttəfiqlərinə 12 maya qədər vaxt verib.

ABŞ-ın yeni dövlət katibi Mike Pompeo Netanyahunun dediklərinə inandığını bildirib.

O deyib ki, bütün bunlar nüvə sazişinin xoş məram üzərində və şəffaf bir şəkildə qurulmadığını göstərir.

İran XİN-in sözçüsü Bəhram Qasemi mayın 1-də deyib ki, ABŞ-ın İranın öz nüvə proqramı haqqında yalan məlumat verməsinə dair iddiaları “artıq köhnəlib, faydasız və rüsvayçıdır”.

Avropa ölkələri də Netanyahunun haqqında danışdığı 55 min “məxfi sənəd” məsələsinə şübhə ilə yanaşdıqlarını bildiriblər.

Avropa rəsmiləri deyiblər ki, İsrail kəşfiyyatının təqdim etdiyi sənədlərdə İranın 2015-ci ildən sonra nüvə silahları üzərində işləməsini göstərən sübut yoxdur.

Netanyahu bu barədə Rusiya prezidenti Vladimir Putinlə danışıb, lakin bu danışıqlardan sonra Kreml bildirib ki, 2015-ci il nüvə sazişinin qorunub saxlanması son dərəcə böyük əhəmiyyətə malikdir.

Bəzi müşahidəçilər Trump-ın mayın 12-dən sonra ABŞ-ı nüvə sazişindən çıxaracağını istisna etmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG