Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Avropa rəsmisi: İran nüvə danışıqlarına hələ hazır deyil


Avropa İttifaqının baş nüvə danışıqçısı Enrik Mora (solda) və İran xarici işlər nazirinin müavini Əli Bageri
Avropa İttifaqının baş nüvə danışıqçısı Enrik Mora (solda) və İran xarici işlər nazirinin müavini Əli Bageri

Danışıqların baş koordinatoru Enrik Mora oktyabrın 14-də Tehranda İranın nüvə danıqçıları komandası ilə müzakirələr aparıb

İran dünya gücləri ilə özünün nüvə proqramına dair danışıqlara hələki hazır deyil və onun yeni danışıq komandası qarşıdan gələn həftələrdə Brüsseldə Avropa İttifaqı ilə görüşdə təqdim edəcəyi mətnləri müzakirə etmək istəyir.

Bu bəyanatı oktyabrın 15-də Avropa İttifaqının rəsmi nümayəndəsi verib.

Reuters xəbər verir ki, danışıqların baş koordinatoru Enrik Mora oktyabrın 14-də Tehranda İranın nüvə danıqçıları komandası ilə müzakirələr aparıb.

Bundan əvvəl Vyanada danışıqların 6 raundu keçirilib. Danışıqlar ötən iyunda mühafizəkar İbrahim Rəisi prezident seçiləndən sonra dayanıb.

İbrahim Rəisi hələki ABŞ tərəfi ilə birbaşa danışıqlardan imtina edir.

Danışıqlardan məqsəd həm Vaşinqtonun, həm də Tehranın 2015-ci il nüvə sazişinin şərtlərinə qayıtmasıdır.

Birgə Hərtərəfli Hərəkət Planı adlanan nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində, Tehranın üzərindəki ABŞ sanksiyalarının qaldırılmasını nəzərdə tutur.

“Yaxşı fikir” və daha bir “tezliklə”

2015-ci il sazişinin digər imza tərəfləri - Fransa, Britaniya, Almaniya, Rusiya və Çin İranın tez bir zamanda danışıqlara qayıtmasını gözləyirlər və bundan sonra hər hansı ləngimənin məqbul olmadığını bildirirlər.

Birləşmiş Ştatlar bəyan edib ki, “vaxt daralmaqdadır” və İran öz öhdəliklərindən təhlükəli dərəcədə uzaqlaşıb.

İran Vyana danışıqlarına “tezliklə” qayıdacağına dair dəfələrlə bəyanatlar verib, lakin dəqiq tarix bildirməyib. Qərb diplomatları danışıqların oktyabradək bərpa olunacağına ümid bəsləyirdilər.

Lakin Moranın səfərindən fdərhal sonra İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Tehran qarşıdan gələn günlərdə Avropa İttifaqı ilə danışqılara gələcək.

Mora bildirib ki, “onlar danışmaq xatirinə danışmaq istəmirlər”. Avropa rəsmisinin sözlərinə görə İran 2015-ci il nüvə sazişini təkrar dirçəldəcək danışıqlar istəyir.

Avropa rəsmisi Brüsseldə görüşün “yaxşı fikir” olduğunu deyib. O bildirib ki, bu, tərəflərə iyun ayından bəri masa üstündə qalmış mətnlərin öyrənilməsi imkanı verərdi.

İranda qiymətlər hər gün bahalaşır
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

Qərb daha gözləmək istəmir

Lakin Fransa Xarici İşlər Naziriliyinin sözçüsü Ann-Kler Lejandr deyib ki, danışıqlar dərhal bərpa olunmalıdır.

Sözçü bildirib ki, İran Vyana danışıqlarına qayıtmaq niyyətini əməli ilə nümayiş etdirməlidir.

Qərb diplomatları deyirlər ki, onlar anti-Qərb yönümlü yeni prezidentin danışıq komandasından narahatdırlar.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsini 2018-ci ildə 2015-ci il sazişindən çıxardıqdan sonra Tehran da öz öhdəliklərindən geri çəkilib və uranın zənginləşdirmə dərəcəsini və həcmlərini təhlükəli dərəcədə artırıb.

Tehran habelə bu müddətdə nüvə stansiyalarındakı sentrifuqların sayını çoxaldıb. Bəzi ekspertlər İranın atom bombası istehsalı qabiliyyətinə çox yaxılaşdığını deyirlər.

İran öz nüvə proqramının dinc səciyyə daşıdığında israr edir.

XS
SM
MD
LG