Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

İran deyir ki, Avropa ölkələri onun neftini almaq istəmir


İranın neft naziri Bijan Zanganeh
İranın neft naziri Bijan Zanganeh

Tehran Yunanıstan və İtaliyanı ABŞ-ın verdiyi istisna imkanına baxmayaraq İran neftini almadıqlarına görə tənqid edib. İran bildirir ki, bu iki ölkə bu hərəkətlərinə heç bir izahat verməyiblər.

ISNA xəbər agentliyi fevralın 5-də neft naziri Bijan Zanganeh-yə istinadən yazır ki, “Türkiyədən başqa heç bir Avropa ölkəsi İran neftini almır”.

Zanganeh əlavə edib ki, Yunanıstan və İtaliya İran neftini almırlar və Tehranın bunun səbəbi ilə bağlı sualını cavablandırmırlar:

"Biz onlara dəfələrlə zəng etmişik, amma onlar telefon zənglərimizə cavab vermirlər”.

Birləşmiş Ştatlar Avropa İttifaqının iki üzvünə və Türkiyə, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Tayvan olmaqla daha 6 ölkəyə embarqoya baxmayaraq İran neftini almaq icazəsi verib.

ABŞ İranla 2015-ci il nüvə sazişindən çıxdıqdan sonra Tehranın üzərinə neft embarqosu da daxil, bütün sanksiyaları bərpa edib.

Bu qadağandan istisna verilməsi, sözü gedən ölkələrin gələcəkdə sanksiyalara riayət edə bilmələrinə imkan yaratmaq məqsədi güdür.

Zanganeh deyib ki, ABŞ sanksiyaları Tehranı 1980-ci illərdə baş vermiş İraq-İran müharibəsindən daha çətin vəziyyətə salıb, lakin Tehran ölkənin neft ixracının sıfra enməsinə heç vaxt yol verməyəcək.

Neft İran büdcəsinə valyuta gətirən ən əsas sahədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG