Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:01

İran nüvə qurğusunda baş vermiş ‘insidentin’ səbəbini öyrəndiyini deyir


Yanğının bu yardımçı tikintidə baş verdiyi iddia edilir
Yanğının bu yardımçı tikintidə baş verdiyi iddia edilir

İranın əsas təhlükəsizlik xidməti bildirib ki, ölkənin nüvə qurğularından birində baş vermiş “insidentin” səbəbləri aydınlaşdırılıb.

İran Ali Milli Təhlükəsizlik Şurasının iyulun 3-də verdiyi bəyanatda deyilir ki, “müvafiq qurumların təhqiqatçıları Natanz nüvəzənginləşdirmə qurğusunda baş vermiş qəzanın səbəbini dəqiqliklə müəyyənləşdiriblər”.

Şuranın sözçüsü Keyhan Khosravi bildirib ki, “müəyyən təhlükəsizlik mülahizələri ilə qəzanın səbəbləri və detalları barədə məlumat müvafiq vaxtında veriləcək”.

İran Atom Enerjisi Təşkilatı bildirmişdi ki, insident iyulun 2-də nüvə kompeksinin hazırda tikilməkdə olan “sənaye anbarında” baş verib.

Təşkilatın sözçüsü Behruz Kamalvandi demişdi ki, hadisənin baş verdiyi tikili yer səthinin üstündə idi və zənginləşdirmə qurğusunun strukturuna daxil deyildi.

O bildirmişdi ki, “insidentlə bağlı narahatçılığa heç bir əsas yoxdur”.

Ziddiyyətli məlumatlar

Natanz şəhərinin qubernatoru Ramazanali Ferdowsi isə insidentin “yanğın” olduğunu bildirmişdi.

Reuters agentliyi adlarını çəkmədiyi üç İran rəsmisinə istinadən yazırdı ki, onlar yanğının kiberhücum nəticəsində baş verdiyinə inanırlar.

Mənbələrdən birinin verdiyi məlumata görə kiberhücum sentrifuqların yığıldığı sexi hədəfləmişdi.

İran əvvəllər də “düşmənlərin” belə hücumlar törətdiyini bəyan edib.

IRNA dövlət xəbər agentliyi iyulun 2-də baş vermiş qəzadan bir neçə saat sonra yazırdı ki, hadisə “düşmən ölkələrin”, xüsusilə də İsrail və ABŞ-ın əməli ola bilər.

Tikinti barədə məlumat verilməmişdi

Bu da xəbər verilir ki, İranın Tehrandan 250 kilometr aralıda yerləşən əsas uranzənginləşdirmə qurğusunda hər hansı tikinti işlərinin aparılacağına dair əvvəlcədən məlumat verilməmişdi.

Bu qurğuya hava zərbələrindən müdafiə məqsədilə yerin dərinliyində, 7.6 metr qalınlığında beton qatının altında yerləşən kameralar daxildir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri İran 2015-ci ildə nüvə sazişini imzalayandan sonra monitoqinq məqsədilə Natanz qurğusuna müntəzəm baş çəkirdilər.

Birləşmiş Ştatlar 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan sonra Tehran üzərinə ABŞ sanksiyaları bərpa olunub.

İran da öz növbəsində saziş üzrə öhdəliklərindən mərhələ-mərhələ geri çəkilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG