Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:30

İran narkotiklərlə bağlı bəzi cinayətlər üçün ölüm cəzasını ləğv edib


AzadlıqRadiosunun müxbiri Frud Bezhan-ın məqaləsində deyilir ki, İran dünyanın ən sərt antinarkotik qanunlarına malik ölkələrdən biridir.

Burada narkotik maddələrin qaçaqmalçılığı və ya şəxsin üstündə 30 qramdan çox heroin və ya kokainin tutulması təqsirkarın ölüm cəzası ilə nəticələnir.

Lakin parlament və və ruhanilərdən ibarət qüdrətli Nəzarət Şurası narkotiklərlə bağlı bəzi cinayətlər üçün ölüm cəzasını ləğv edib.

Noyabrın 14-dən qüvvəyə minmiş qanun dəyişiklikləri əsasən tutulan narkotik maddələrin çəkisinə aiddir.

Qanunun yeni variantında ölüm cəzası yalnız 2 kiloqram və daha çox güclü narkotiklərin, 50 kiloqramdan artıq çətənə və tiryəkin qaçaqmalçılığı üçün nəzərdə tutulub.

Bundan başqa bu cinayətlərdə ikinci dəfə və ya təkrar yaxalanmış şəxslərə də ölüm cəzası nəzərdə tutulur.

Məqalədə deyilir ki, sözü gedən qanun dəyişiklikləri İranda edam cəzalarının sayını kəskin azaldacaq. İran dünyada ən çox edam cəzası icra edən ölkələrdən biridir.

Təhlilçilər bu son dəyişiklikləri mötədil prezident Həsən Rohaninin “açıqlıq” siyasəti ilə əlaqələndirirlər.

Britaniyadakı Birmingem Universitetinin İran üzrə eksperti Scott Lucas deyib ki, Rohani hökuməti sosial və siyasi məsələlərdə azacıq da olsa irəliləyiş nümayiş etməyə çalışır və bunlardan biri də narkotiklərlə bağlı cəzalar məsələsidir.

Ekspertin sözlərinə görə bu mənada narkotik maddələrlə bağlı bəzi cinayətlər üçün ölüm hökmünün ləğvi Rohaninin qələbəsi sayıla bilər.

Beynəlxalq Böhran Qrupunun İran üzrə təhlilçisi Ali Vaez isə bu qənaətədir ki, sözü gedən qanun dəyişikliyi ölkənin Qərbdəki imicini xeyli yaxşılaşdıra bilər.

Human Rights Watch insan haqları təşkilatından Tara Sepehri Farın fikrincə isə Tehran narkotik maddələrlə mübarizədə ölüm cəzalarının həll yolu olmadığını başa düşüb.

2016-cı ilin noyabrında İran parlamenti Ədliyyə Komitəsinin sözçüsü Həsən Novruzi bildirmişdi ki, 20-30 yaşlarında olan 5 minədək məhkum edam cəzasının icrasını gözləyir.

Artıq bir müddtədir ki, millət vəkilləri narkotik maddələrlə bağlı xırda cinayətlərə görə ölüm cəzasının verilməməsinə çalışırdılar.

Bir sıra rəsmilər isə deyirdilər ki, ölüm cəzası narkotik maddələrlə bağlı cinayətləriun sayının azalmasına səbəb olmayıb. Əslində bu cinayətlərin sayı artmaqdadır.

İran son illərdə edamlara görə daimi beynəlxalq təzyiq altında idi. İnsan haqları qruplarının verdiyi məlumata görə bu ölkədə 2016-cı ildə 567, 2015-ci ildə isə minədək edam icra edilib.

Edam edilənlərin böyük əksəriyyəti narkotiklərlə bağlı cinayətlərə görə məhkum edilənlərdir. Bunların bir qismini də İrana narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan əfqanlar təşkil edirlər.

İrandakı edamlarla bağlı ən çox narazılığını bildirən də Əfqanıstan hökuməti idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG