Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:56

İran ədliyyəsinin qərarı minlərlə məhkumu dar ağacından qurtara bilər


2013-cü ildə çəkilmiş bu fotoda mülki geyimli polis müsadirə edilmiş narkotiklərin yandırılmasına hazırlaşır (Foto arxivdəndir)
2013-cü ildə çəkilmiş bu fotoda mülki geyimli polis müsadirə edilmiş narkotiklərin yandırılmasına hazırlaşır (Foto arxivdəndir)

İran mediası xəbər verir ki, ölkə ədliyyəsinin bundan əvvəlki ölüm hökmlərinə yenidən baxılması barədə qərarı narkotik ittihamları ilə edamını gözləyən minlərlə məhkumun həyatını xilas edə bilər.

Ədliyyə rəhbəri ayətüllah Sadegh Larijani yanvarın 9-da hakimlərə bəzi məhkumlar barədə edam hökmlərinin icrasının dayandırılması və onların işinə yenidən baxılması barədə göstəriş verib. Bu barədə ədliyyənin Mizan agentliyi yanvarın 10-da xəbər verib.

Mizanonline saytı, islahatyönlü Şərq qəzeti və başqa qəzetlər Larijaniyə istinadən bildiriblər ki, bu qərar narkotik maddələrlə bağlı ölümə məhkum edilmiş 5 minədək adamın işlərinə yenidən baxılmasına yol açacaq.

Larijani əlavə edib ki, edamını gözləyənlərin əksəriyyətinin cəzası 25-30 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəz olunacaq.

İranda hər il bəlli olmayan sayda məhkum edam edilir, lakin insan haqları qrupları bu rəqəmin yüzlərlə olduğunu bildirir. Edam hökmləri əksərən narkotik maddə ilə bağlı cinayətlərə görə çıxarılır.

Amnesty International bəyan edib ki, İran 2016-cı ildə edamların sayına görə yalnız Çindən geridə qalıb.

Ədliyyənin bu qərarından bir neçə ay əvvəl ölüm hökmlərinin çıxarılmasını nəzərdə tutan narkotik maddələrin miqdarını artıran yeni qaydalar elan edilmişdi.

Yeni qanuna görə ölüm hökmü ilə nəticələnə biləcək narkotik maddələrin çəkisi 30 qramdan 2 kiloqrama qaldırılıb. Söhbət heroin, kokain və amfetaminlərin istehsalı və satışından gedir.

Tiryək və marixuana kimi təbii narkotiklər üçün ölüm cəzasına düşən çəki 10 dəfə artırılaraq 50 kiloqrama çatdırılıb.

Düzəlişlər narkotik maddə nəql edən dəstələrin başçıları, 18 yaşdan aşağı olanları bu işə cəlb edənlər, habelə narkotik maddə qaçaqmalçılığı ilə məşğul olarkən odlu silah gəzdirənlər barədə ölüm cəzasını qüvvədə saxlayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG