Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:57

Dünya gücləri İranı nüvə sazişinin şərtlərinə qayıtmağa çağırıb


Vyana görüşündə
Vyana görüşündə

Dünya gücləri dekabrın 6-da Vyanada keçirilən iclasda Tehranı 2015-ci il nüvə sazişinin şərtlərini pozan addımlardan geri dönməyə çağırıblar.

Birgə Hərtərəfli Hərəkət Planı adlanan bu saziş Birləşmiş Ştatlar bu razılaşmanı tərk edəndən bəri qeyri-müəyyən vəziyyət yaradıb.

ABŞ-ın sazişdən çıxması ilə Vaşinqtonun İran üzərinə sanksiyaları bərpa olunub. Bu isə öz növbəsində İran iqtisadiyyatını çətin duruma salıb.

İran ABŞ-ın sazişdən çıxmasına, onun üzərinə qoyulmuş nüvə fəaliyyəti məhdudiyyətlərini pozmaqla cavab verib.

Hazırda İran uranı sazişin icazə verdiyindən daha yüksək dərəcədə zənginləşdirməyə başlayıb.

Sazişdə qalan ölkələr – Çin, Rusiya, Britaniya, Fransa və Almaniyanın iştirakı ilə keçirilən iclasın sonunda Pekinin rəsmi nümayəndəsi müxbirlərə deyib ki, Tehran dəfələrlə özünün cavab addımlarından geri dönməyə hazır olduğunu bildirib.

İran bundan əvvəl bildirmişdi ki, ona iqtisadi dəstək veriləcəyi təqdirdə nüvə sazişinin şərtlərinə qayıtmağa hazır ola bilər.

İclasdan sonra İranın nümayəndəsi Abbas Araghchi deyib ki, o “dünya güclərinin bu məsələyə prakrtik həll tapmaqda və İranla iqtisadi əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını görür”.

Digər tərəfdən Avropa ölkələri bildiriblər ki, Tehran öhdəliklərini yerinə yetirməsə, onlar da sözü gedən sazişin şərtlərinə görə istənilən an əməkdaşlıqdan çəkilə bilərlər.

Əgər Avropa ölkələri sazişdən geri çəkilsələr, onda bu məsələ bir daha BMT Təhlükəsizlik Şurasının müzakirəsinə gələ və İrana qarşı bütün beynəlxalq sanksiyaların bərpa olunmasına səbəb ola bilər.

Bu iclasın ərəfəsində E3 kimi tanınan Britaniya, Fransa və Almaniya Tehranı nüvə başlığı daşımağa qabil ballistik raketlərin inkişaf etdirilməsində ittiham etmişdilər.

İranın xarici işlər naziri Mohammad Javad Zarif bu ittihamı əsassız adlandırmışdı.

Zarif gileylənib ki, sözü gedən üç ölkə İranın üzərinə düşən ABŞ sanksiyalarının yükünün azaldılması üçün “çox cüzi” iş görə biliblər.

Avropa İttifaqının Vyana görüşünə sədrlik edən rəsmisi, xanım Helga Schmid bildirib ki, sazişdəki bütün ölkələr onun saxlanması üçün kollektiv məsuliyyət daşıyır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG