Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:25

ABŞ İranla ‘dostluq müqaviləsini’ ləğv edir


Mike Pompeo
Mike Pompeo

Birləşmiş Ştatlar bildirir ki, onilliklər bundan əvvəl İranla bağlanmış dostluq müqaviləsini ləğv edir. Bundan əvvəl Tehran bu sənədi Vaşinqtonun sanksiyalar siyasətinə qarşı beynəlxalq məhkəmə dinləməsində əsas gətirmişdi.

Oktyabrın 3-də dövlət katibi Mike Pompeo deyib: “Mən bəyan edirəm ki, ABŞ İranla 1955-ci il dostluq müqaviləsini ləğv edir. Bu qərar, düzünü desəm, 39 il gecikib”.

İran İslam İnqilabı məhz 39 il əvvəl, 1979-cu ildə baş verib.

2015-ci ildə ABŞ-ın nüvə sazişindən çıxadıqdan sonra BMT-nin Beynəlxalq Ədliyyə Məhkəməsi Birləşmiş Ştatların Tehrana qarşı bərpa olunmuş sanksiyalarının yumşaldılması barədə qərar çıxarmışdı.

1955-ci il tarixli Dostluq, İqtisadi Əlaqələr və Konsulluq Haqları adlanan bu müqavilədə qarşılıqlı ticarət və investisiyaların genişlənidirlməsi, diplomatik münasibətlərin nizamlanması, eyni zamanda mümkün mübahisələrin Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasına veriləcəyi nəzərdə tutulurdu.

Bu müqavilə şah dövründə İranla ABŞ arasında münasibətlərin sıx olduğu vaxtda imzalanmışdı.

Vaşinqton avqust ayında İran üzərinə sanksiyaların bir hissəsini bərpa edib. Noyabrdan qüvvəyə minəcək sanksiyalar isə İranın neft ixracatını hədəfləyir.

Trump-ın İran üzərinə sanksiyaları bərpa etmək qərarından sonra İranın iqtisadiyyatı böhranla üzləşir və milli valyutası olan real sürətlə dəyərdən düşür.

İran sanksiyaların bərpa edilməsindən rəsmi şikayəti Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmişdi.

Tehranın Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi ərizədəbildirirdi ki, sanksiyaların bərpa edilməsi “dostluq müqaviləsinin” şərtlərinə ziddir və İrana qarşı “iqtisadi təcavüzdür”.

ABŞ vəkilləri isə bildirirlər ki, sanksiyaların bərpa olunması milli təhlükəsizlik məsələsədir və BMT məhkəməsində mühakimə oluna bilməz.

Beynəlxalq Məhkəmənin oktyabrın 3-də çıxarılmış ilkin qərarında deyilir ki, “dərman preparatları, tibb avadanlığı, ərzaq və kənd təsərrüfatı malları sanksiyalara daxil edilə bilməz”.

Qərarda bu da deyilir ki, ABŞ sanksiyaları 1955-ci il tarixli ABŞ-İran dostluq müqaviləsini pozur.

Məhkəmənin hakimləri bunu da deyirlər ki, təyyarələr üçün ehtiyat hissələrinə sanksiyalar qoyulması mülki aviasiyaya və deməli sərnişinlərin həyatına təhlükə yarada bilər.

Lakin ekspertlər bildirirlər ki, məhkəmənin son qərarının verilməsi illərcə çəkə bilər.

Pompeo İranın məhkəmədə 1955-ci il tarixli müqaviləyə müraciət etməsini “absurd” adlandırıb.

O əlavə edib ki, Birləşmiş Ştatlar İran xalqının humanitar yardım ala bilməsini təmin etmək üçün əlindən gələni edəcək.

Bundan əvvəl İranın xarici işlər naziri Mohammad Javad Zarif Beynəlxalq Ədalət Məhkəməsinin qərarını “sanksiyalara aludə” ABŞ hökumətinin daha bir uğursuzluğu və “qanunun aliliyi üçün qələbə” adlandırmışdı.

İran XİN-in bəyanatında deyilir ki, məhkəmə hökmü bir daha sübut etdi ki, “İslam Respublikası haqlıdır və ABŞ-ın ölkəmizin xalqına və vətəndaşlarına qarşı sanksiyaları qanunsuz və qəddardır”.

ABŞ-ın Hollandiyadakı səfiri Peter Hoekstra demişdi ki, “məhkəmənin öz yurisdiksiyasına aid olmayan bir məsələ barədə hökm çıxarması mənasızdır”.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarları BMT üzvləri üçün icbaridir və onlardan şikayət verilə bilməz.

Maraqlıdır ki, keçmişdə həm İran, həm də ABŞ bu məhkəmənin qərarlarına etinasızlıq nümayiş etdiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG