İranda müharibə başlasa, Azərbaycanı nə gözləyir?
İqtisadçı Xalid Kərimli deyir ki, İranda qısamüddətli müharibə olarsa, neftin bir barelinin qiyməti 90-120 dollara qədər yüksələ bilər: "Müharibə uzunmüddətli xarakter alarsa, neft qiymətlərinin yüksəlməsi ilə yanaşı, dünya iqtisadiyyatında inflyasiya riskləri də arta bilər. Bax, bu halda Azərbaycan məsələnin ziyanlı tərəfini birbaşa görər".