Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 05:51

İranda müəllimlər etiraz edir


İranda etirazlar, arxiv fotosu
İranda etirazlar, arxiv fotosu

“Ayağa qalx, ayağa qalx!” – internetdə yayılmış həvəskar videolarda Tehranda etirazçıların bu şüarı səsləndirdiyi görünür

İranın 30-dan çox şəhərində yüzlərlə müəllim etiraz aksiyasına çıxaraq maaşlarının artırılmasını və daha yaxşı iş şəraiti tələb edirlər.

Müəllimlərin paytaxt Tehranda, İsfahan, Şiraz, Məşhəd, Rəşt, Qum və digər şəhərlərdə etirazlara çıxması haqda xəbərlər gəlir.

Müəllimlərin hökumətin “təhsilə laqeydliyi”ni tənqid etdiyi, həmçinin saxlanmış həmkarlarına azadlıq tələb etdiyi bildirilir.

“Ayağa qalx, ayağa qalx!” – internetdə yayılmış həvəskar videolarda Tehranda etirazçıların bu şüarı səsləndirdiyi görünür.

Qanun qəbul olunub

Son həftələr müəllimlər bir neçə etiraz aksiyaları təşkil ediblər. Təhlükəsizlik qüvvələri isə onları amansızlıqla yatırdıb, bəzi iştirakçıları saxlayıb.

Bu etirazlar ABŞ-ın sanksiyaları nəticəsində ölkədə inflyasiyanın yüksəlməsi, illərlə davam edən pis idarəçilik fonunda baş verir.

Ötən ay parlamentin qəbul etdiyi qanunvericilikdə müəllimlərin maaşının artırılması nəzərdə tutulur. Bu, ölkə boyunca bir neçə gün çəkən etirazlar, ölkənin təhsil sisteminə təsir göstərmiş tətil nəticəsində mümkün olmuşdu.

Dekabrın 15-də qəbul olunmuş qanunvericiliyə görə, müəllimlər universitetdə çalışanların maaşının 80 faizi qədər maaş alacaqlar.

Təhsil naziri Yusif Nuri bu qanunun təsdiqlənəndən sonra tezliklə icra olunacağını deyib. Sözügedən qanun son illər dəfələrlə parlamentə təqdim olunsa da keçməyib.

XS
SM
MD
LG