Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 11:38

İran məhbusların ‘günü bugün’ dəyişdirilməsinə hazırdır


Məhəmmməd Cavad Zərif
Məhəmmməd Cavad Zərif

İran Britaniya-Avstraliya vətəndaşı olan bir alimi xaricdə məhbus olan 3 iranlı ilə dəyişdirdikdən sonra Tehranın daha çox məhbus dəyiş-düyüşünə hazır olduğunu bildirib.

Bu barədə bəyanatı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dekabrın 3-də verib:

"Biz bunu hər bir kəsin marağı üçün həmişə edə bilərik. İran qarşılıqlı addımlara hazırdır. Biz bunu günü sabah edə bilərik. Lap günü bugün edə bilərik”.

Zərif habelə Birləşmiş Ştatları xoşməramlı addım ataraq 2015-ci ilin nüvə razılaşmasına qayıtmağa çağırıb.

Bu saziş İranla ABŞ da daxil 5 dünya gücü arasında 2015-ci ildə imzalanıb.

Lakin ABŞ prezidenti Donald Trump 2018-ci ildə ölkəsini birtərəfli qaydada bu sazişdən çıxarıb.

Zərif bildirib ki, Vaşinqton sözü gedən saziş üzrə öhdəliklərini təsdiqləyərsə, Tehran bu razılaşma üzrə bütün öhdəliklərinə əməl edər.

İran noyabrın 25-də Britaniya-Avstraliya ikili vətəndaşı Kayli Mur-Gilberti həbsxanadan azad edib.

O İrana qarşı casusuqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Onu xaricdə məhbus olan üç iranlı ilə dəyişiblər.

Melburn Universitetində İslam araşdırmaları üzrə mühazirəçi olan Mur-Gilbert 2018-ci ildə məhkum edilərək Tehrandakı Evin həbsxanasına salınmışdı.

Onun məhbusluqdan azad edilməsi üçün Tehran üzərinə böyük beynəlxalq təzyiq vardı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG