Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:52

Khomeini kosmodromunda partlayış qeydə alınıb


İmam Khomeini kosmodromunda partlayış baş verdiyini göstərən foto
İmam Khomeini kosmodromunda partlayış baş verdiyini göstərən foto

Peykdən alınmış fotoşəkillərdən İranın şimalındakı imam Khomeini adına kosmodromda partlayış baş verdiyi görünür.

Orada Nahid-1 telekommunikasiya peykinin orbitə çıxarılmasına hazırlıq görülürdü.

Partlayışın sözü gedən peykin buraxılışı ilə əlaqədar olub-olmaması barədə məlumat verilmir.

İran bu insident barədə heç bir şərh verməyib.

Bununla belə Planet Labs Inc. şirkətinin açıqladığı fotolarda raketin yanmış hissələri və qara tüstü görünür.

Associated Press agentliyinin ekspertlərə əsaslanan xəbərində deyilir ki, partlayışın raketin mühərrikləri işə salındıqdan az sonra və ya startın ardınca baş verdiyi düşünülür.

Avqustun 13-də İranın Mehr xəbər agentliyi bildirirdi ki, Nahid-1 uçuşa hazırdır.

İran raket və kosmos proqramlarını fəal şəkildə həyata keçirir. Tehran indiyədək kosmosa bir neçə peyk göndərib.

Tehran iddia edir ki, İran tədqiqatçıları yerətrafı orbitə içində meymun olan modulu göndərmiş və onu uğurla geri qaytarmışlar.

ABŞ hesab edir ki, Tehranın kosmik proqramı BMT-nin müvafiq qətnaməsini pozur.

Bu da xəbər verilir ki, Nahid-1 aşağı orbitli peykdir və əsas funksiyası telekommunikasiyadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG