Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

İran Khashoggi barədə niyə susur?


İran ədliyyəsinin başçısı Sadegh Amoli Larijani
İran ədliyyəsinin başçısı Sadegh Amoli Larijani

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, Tehran indiyədək səudiyyəli jurnalist Jamal Khashoggi-nin İstanbul konsulluğunda öldürülməsi ilə bağlı yaranmış beynəlxalq böhranı bir kənardan sakitcə müşahidə edib. Bu müddətdə İran rəsmiləri hər hansı hay-küylü bəyanatlardan da çəkiniblər.

Maraqlıdır ki, İran hakimiyyətindəki sərt xətt-hərəkət tərəfdarları da bu barədə susmağa üstünlük veriblər. Onları adətən şiə İranla sünni Səudiyyə Ərəbistanı arasındakı gərginliyi qızışdırmaqda ittiham edirlər.

Lakin nəhayət oktyabrın 22-də İran Khashoggi böhranı barədə sükutunu pozub.

Həm də bu sükut İranın mühafizəkar ədliyyəsinin qüdrətli başçısı Sadegh Amoli Larijani tərəfindən pozulub.

Jurnalistin yoxa çıxmasından 20 gün sonra Larijani Səudiyyə Ərəbistanını “bu cinayətin üstünü Qərbin köməyi ilə ört-basdır etmək cəhdində ittiham edib”.

Larijani deyib ki, “Səudiyyə cinayətin üstü açılanda korrupsiyaya bulaşmış sistemini təmizə çıxarmaq üçün bu əməlin nəzarətsiz elementlər tərəfindən həyata keçirildiyini deyib”.

Mohammed bin Salman
Mohammed bin Salman

Amma təhlilçilər deyirlər ki, “Səudiyyə Ərəbistanı artıq regional və beynəlxalq təzyiqin altında olduğu bir vaxtda İran bu məsələyə qarışmaqda maraq görmür.

Keçmiş İran diplomatı və hazırda Finlandiyadakı Tampare Universitetinin Sülh Araşdırmaları İnstitutunun təhlilçisi Hossein Alizadeh AzadlıqRadiosuna deyib ki, Riyadla Tehran arasında qarşılıqlı gərginlik onsuz da ən yüksək həddədir və İran bu situasiyadan çıxdıqdan sonra Səudiyyənin mümkün reaksiyasından çəkinir.

Lakin təhlilçilər bildirirlər ki, İranın reaksiyası bundan sonra hadisələrin necə inkişaf etməsindən, bu hadisənin məsuliyyətinin vəliəhd şahzadənin çiyinlərinə qoyulub-qoyulmamasından asılı olacaq.

Beynəlxalq Böhran Qrupunda İran layihəsinin direktoru Ali Vaez deyir ki, Tehran Khashoggi ilə bağlı situasiyadan son nəticədə fürsətlənməyə çalışır.

Onun fikrincə əgər bu böhran vəliəhd şahzadə Muhammad bin Salmanı hakimiyyətdən salarsa, İran Səudiyyə Ərəbistanı ilə arasındakı gərginliyi xeyli azalda bilər:

“Hələliksə İran öz ayağına atəş açmış qonşusuna tamaşa edir”.

Jamal Khashoggi
Jamal Khashoggi

Tehran təhlilçilərindən Ahmad Fateminejad da bu fikirdədir ki, Khashoggi məsələsi beynəlxalq diqqəti İranın üstündən qaldırıb.

Fateminejad-ın fikirincə Tehranın sükutu Riyad tərəfindən çətin zamanda “dost” hərəkəti kimi də qiymətləndirilə bilər.

Keçmiş islahatyönlü millət vəkili və politoloq Elahe Koulaee Tehranın mövqeyinə bir az da aydınlıq gətirməyə çalışır. O deyir ki, İran Səudiyyəyə qarşı təmkinli mövqe tutmaqla onun əsas müttəfiqi ABŞ-la da öz münasibətlərinin dolayısı ilə bir qədər yaxşılaşacağına ümid edir.

Lakin İranın jurnalistin ölümü ilə bağlı susqunluğunu daha sadə səbəblərlə bağlayanlar da var. Bu Tehranın öz jurnalistlərinə və dissidentlərinə olan münasibətidir.

İranın keçmiş nüvə danışıqçısı Hossein Musavian kbaraonline.ir saytına deyib ki, Tehranın öz insan haqlarını onun yadına sala bilərlər.

Belə görünür ki, Musavian 1980-90-cı illərdə İranda bir çox müxalifətçi və dissidentin kütləvi və qanunsuz qətllərini nəzərdə tutub.

İndiliksə İran rəsmilərinin xəfif tənqidləri əsasən Səudiyyənin vəliəhd şahzadəsinə qarşı yönəlib.

Xarici işlər nazirinin keçmiş müavini Hossein Abdolian Khashoggi-nin ailəsinə başsağlığı verməklə yanaşı jurnalisti öldürənləri neoterrorçu və neovəhabi adlandırıb:

Abdolian-ın bu tviti geniş əks-səda doğurub. İran istifadəçiləri İranın özündə dövlət repressiya və edamlarına məruz qalanların adlarını və şəkillərini post ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG