Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 09:17

İranın kəmərin partladılmasında əli olmadığını deyir [Video]


Bəhreyndə neft kəmərində partlayış (Reuters)
Gözlə

No media source currently available

0:00 0:00:10 0:00

Bəhreyndə neft kəmərində partlayış (Reuters)

İran Bəhreynin əsas neft kəmərində baş verən partlayışda onun əli olması barədə iddiaları əsassız adlandırıb.

İranın xarici işlər naziri Bahram Ghassemi bildirib ki, "Bəhreyn rəsmiləri belə absurd ittihamlar dövrünün artıq keçdiyini anlamalıdırlar".

Bəhreynin daxili işlər nazirliyi Buri kəndi yaxınlığındakı partlayışı terror aktı adlandırıb. Bunun birbaşa İrandan verilən tapşırıqla törədildiyini iddia edib.

Partlayış nəticəsində bir neçə evə ziyan dəyib.

Kəmərə neft verilməsi dayandırılıb, yanğın söndürülüb.

Neft Bəhreyn dövlətinin əsas gəlir mənbəyidir.

Bəhreyndə şiələr çoxluq təşkil etsə də, ölkəni sünni monarx idarə edir.

Burada ABŞ-ın 5-ci hərbi donanması mənzillənir.

Həmçinin hazırda bu ölkədə Britaniya hərbi bazası tikilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG