Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:50

İran generalı: ‘İsrail şirin quyruğu ilə oynayır…’


İran İslam İnqilabı Keçikçiləri Korpusunun başçısı general Mohammad Ali Jafari
İran İslam İnqilabı Keçikçiləri Korpusunun başçısı general Mohammad Ali Jafari

İran İslam İnqilabı Keçikçiləri Korpusunun başçısı deyib ki, İsrailin hədələrinə baxmayaraq İran Suriyadakı hərbi mövcudiyyətini saxlayacaq.

General Mohammad Ali Jafari yanvarın 16-da bəyan edib ki, “İslam Respublikası özünün hərbi müşavirlərini, inqilabi qüvvələrini və silahlarını Suriyada saxlamaqda davam edəcək”.

Bu bəyanatdan bir neçə gün əvvəl İsrailin baş naziri Benjamin Netanyahu demişdi ki, onun ölkəsi Suriyada İrana qarşı hərəkət etmək əzmindədir.

Yanvarın 13-də keçirilən kabinet iclasında Netyanyahu habelə demişdi ki, İsrail Tehran və Hizbullah qüvvələrinə “yüzlərlə dəfə” zərbə endirməklə “İran hərbiyyəsinin Suriyada səngərlənməsinin qarşısını ala bilib.

Jafari Netanyahunun hədələrini “zarafat” adlandırıb və xəbərdarlıq edib ki, İsrail hökuməti “şirin quyruğu ilə oynayır”.

İran generalı deyib: "Özünü o gündən gözlə ki, İranın dəqiq vuran raketləri nərə çəkərək sənin başına töküləcək və regionda tökdüyün məsum müsəlman qanlarının qisası alınacaq”.

İran, Rusiya, habelə Livanın şiə Hizbullah qüvvələri ilə birlikdə Suriya prezdenti Bashar al-Assad-a 2011-ci ildən bəri davam edən münaqişədə həlledici dəstək verib. Bu dəstək qüvvələr balansını Assad-ın xeyrinə dəyişib.

Suriya münaqişəsi nəticəsində 400 min insan tələf olub, milyonlarla adam evindən didərgin düşüb, ölkənin bir çox qədim tarixi məkanları dağıdılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG