Yanvarın 8-də İranın İraqdakı ABŞ bazalarını raket atəşinə tutmasından sonra 11 ABŞ hərbçisi beyin silkəlnməsi diaqnozu ilə xəstəxanaya götürülüb.
AzadlıqRadiosunda olan məlumata görə, bunu ABŞ mərkəzi komandanlığının kapitanı Bill Urban yanvarın 16-da deyib. Söhbət İraqdakə “Əl Əsəd” hava bazasından gedir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bundan əvvəl hücum nəticəsində heç kimin xəsarət almadığını demişdi.
Hücum zamanı bazada 1500-ə yaxın ABŞ əsgəri olub.
Hücum barədə xəbərdarlıq edildiyinə görə, hərbçilərin əkəsriyyəti bunkerlərdə olublar.
Qeyd edək ki, Tehran ABŞ bazalarını yanvarın 3-də iranlı general Qasem Soleimani-nin ölümündən sonra atəşə tutub.
Soleimani Bağdad hava limanında ABŞ-ın hava zərbələri ilə öldürülüb.
Bundan əvəz çıxacağını deyən İran isə yanvarın 8-də İraqdakı ABŞ bazalarını raket atəşinə tutub.
Həmçinin Ukraynanın sərnişin təyyarəsi həmin gün gün Tehran hava limanında iki raketlə vurulub.
İran öncə bunu inkar eləsə də sonradan etiraf elədi ki, təyyarəni səhvən ölkənin hava hücumlarından müdafiə qüvvələri vurub.
İnsident zamanı təyyarədə olan 176 nəfərin hamısı həlak olubş. Onların əksəriyyəti İran və Kanada vətəndaşlarıdır.