Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

İran internetə qadağanı yumşaltmağın yollarını axtarır


Tehranın mərkəzində internet-kafe
Tehranın mərkəzində internet-kafe

İranın telekommunikasiya naziri rəhbərlik etdiyi qurumun internetin filtrləməsini tənzimləmək niyyətində olduğunu deyib. Nazirin sözlərinə görə, tənzimləmə istifadəçinin peşəsi, yaşı və bu kimi başqa amillər əsasında gerçəkləşdiriləcək.

Dekabrın 4-də nazir Mohammad Javad Azari Jahromi bildirib ki, İranın baş prokurorluğu nazirliyin bu planı ilə şərti olaraq razılaşıb.

Nazir qeyd edib ki, rəhbərlik etdiyi qurum baş prokurorun təkliflərini nəzərdən keçirərək, «uyğun texniki tədbirlər» hazırlayıb. O, baş prokurorluğun bu planın həyata keçirilməsinə yekun icazə verəcəyinə ümid edir.

80 milyonun 44 faizi

Görünür, «filtrləmənin tənzimlənməsi» prezident Hassan Rouhani hökumətinin internet senzurasını yüngülləşdirmək istiqamətində atmağa çalışdığı addımlardan biridir.

İranda insanların internetə çıxışı son dərəcə məhduddur. İnternetdən istifadə yalnız 15 il bundan öncə başlayıb. İranlı istifadəçilərin pornoqrafik və «arzuolunmaz» xəbər və siyasi saytlardan başqa Facebook, Twitter və YouTube kimi sosial şəbəkələrdən istifadəsinə də blok qoyulub.

2009-ci ildə İranda hökumət və Mahmud Ahmadinejad-ın yenidən prezident seçilməsi əleyhinə etirazlar zamanı sosial mediadan geniş istifadə olunub.

BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, 2016-cı ildə İranın 80 milyonluq əhalisinin 44 faizə qədərinin internetə çıxışı olub.

İnformasiyaya tam nəzarəti təmin etməkdən ötrü çox ciddi səylər göstərən, bürokratiyanı artıran və həbslərə əl atan dövlət üçün bu amil daimi təhlükədir. Smartfonların yayılması bu məsələni daha da problematik edib.

Müxalifətçi Facebooka çıxanda internet zəifləyir
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

«Smart filtrləmə»

Qanuna görə, internetin filtrlənməsi işinə xüsusi işçi qrup cavabdehdir. «Cinayət xarakterli kontentin müəyyən edilməsi» ilə məşğul olan bu qrup bir neçə nazirdən ibarətdir və ona ölkənin baş prokuroru rəhbərlik edir. Buna baxmayaraq, bir çox saytlar və mobil əlavələr baş prokurorluğun əmri ilə bloklanıb. Baş prokurorluğa isə mühafizəkar ədliyyə sistemi nəzarət edir.

Bu ilin aprelində baş prokurorluq populyar «Telegram» mobil messencer əlavəsindəki səsli mesaj funksiyasını filtrləmək barədə göstəriş verib. Qurum bu addımı «milli təhlükəsizlik riskləri» ilə izah edib. «Telegram»ın İranda ümumilikdə 40 milyondan çox istifadəçisinin olduğu bildirilir.

2014-cü ildə İran saytlardakı arzuolunmaz kontenti senzuradan keçirmək üçün internetin «smart fitrlənmə»sini genişləndirib. Bu, həmin saytları tamamilə bloklamaq ehtiyacını aradan qaldırmağa kömək edib. Ancaq keçmiş telekommunikasiyalar nazirinin sözlərinə görə, bu üsulun «Instagram»a tətbiqi yalnız 83 faiz uğurlu olub.

Rejimin internetə senzura tətbiq etmək səylərinə baxmayaraq, iranlı istifadəçilər müxtəlif antifiltr proqramlarından və ya virtual özəl şəbəkələrdən (VPN) istifadə edərək, qadağalardan yan keçməyə öyrəşiblər.

Sosial şəbəkədə təhqirə görə cəza: 50 milyon...
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

İstifadəçinin şəxsiyyətinin müəyyənləşdirilməsi

Noyabrın 12-də İranın Ali Kiberməkan Şurasının katibi Abolhassan Firouzabadi deyib:

«Şəxsiyyətin müəyyən edilməsi ölkənin kiberməkanının əsaslarının qurulmasında ən ümdə məsələlərdən biridir və hər kəsin şəxsiyyəti təsdiqlənməlidir. ...Kiberməkanda hər bir iranlının şəxsiyyətini təsdiqləyən kiçik rəqəmsal kodu olmalıdır. Əks halda o, bank, tibb, səyahət və başqa elektron xidmətlərdən yararlana bilməz».

İran rəsmiləri istifadəçilərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesini dəqiqliklə izah etməsələr də, qaydaları pozan vətəndaşların daha asanlıqla tapılması imkanı ölkənin təhlükəsizlik qurumlarının işinə yarayacaq. Ancaq istifadəçilərin öz şəxsiyyətlərini VPN arxasında gizlədə bilib-bilməməsi hələlik bəlli deyil.

«Mehr» xəbər agentliyinin Telekommunikasiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, 2017-ci ilin sentyabrında İranda mobil internet istifadəçilərinin sayı təqribən 47 milyon 332 min nəfər olub. Bundan başqa, 10 milyon 410 min iranlı ADSL və fiberoptik xidmətlərdən istifadə edir. 2017-ci ilin iyunundan ev interneti istifadəçilərinin sayında çox da böyük artım baş verməyib. Lakin eyni dövrdə mobil internet istifadəçilərinin sayı 6 milyon nəfərədək artıb. Ölkədə mobil internet istifadəçilərinin sayı 2007-ci ildəkinə nisbətən 106.43% yüksəlib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG