Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 08:19

‘İnternet qudurmuş itdir, özbaşına buraxsan yenə qapacaq’


İranın mürtəce ayətüllahlarından Ahmad Khatami

Qüdrətli Nəzarət Şurasının başçısı bildirib ki, İranın ali rəhbəri ayətüllah Ali Khamenei bu yaxınlarda “kiberfəza ekspertlərini” toplayaraq onlarla internetin İran rəhbərliyinə yaratdığı təhlükəni müzakirə edib.

Ayətüllah Ahmad Jannati sözü gedən müzakirənin nə vaxt keçirildiyini bildirməyib.

Bir çox İran rəsmiləri ötən dekabrda baş vermiş kütləvi etirazları sosial medianın “ziyanlı təsiri” ilə əlaqələndirirlər. Buna görə də həmin etirazlar zamanı İranda bir sıra populyar sosial media platformalarına giriş bloklanmış, bir sıra aplikasiyalar bağlanmışdı.

Yanvarın 26-da İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı mürtəce Təsnim xəbər agentliyi Jannati-yə istinadən yazıb ki, internet İranın “boyun ağrısıdır”.

91 yaşlı Jannati-nin rəhbərlik etdiyi Nəzarət Şurası konstitusiyanı şərh etmək, qanunlara nəzarət etmək və namizədləri yoxlamaq kimi qüdrətli səlahiyyətlərə malikdir.

Jannati çox yayğın şəkildə kiberməkandan gələn təhlükələrə qarşı “tədbirlər” görüləcəyini bildirib.

Jannati deyib: “Mən tamamilə blok qoymaqdan danışmıram. Bu mümkün deyil. Amma biz bunu azaltmalıyıq”.

O Çin və Yaponiyanın internetə girişi cilovlamaq tədbirlərini misal gətirib. Hərçənd ayətüllahın Yaponiyanın hansı “tədbirlərini” nəzərdə tutduğu aydın olmayıb.

İran rəsmiləri indiyədək “daxili internet” yaratmaq cəhdindən tutmuş mesajlaşma aplikasiyalarının bloklanmasına qədər ən müxtəlif məhdudlaşdırıcı tədbirlərə əl atıblar.

Lakin bütün bu tədbirlər iranlıların internet vərdiş və səriştələrinin təkmilləşməsi ilə nəticələnib.

Tehranda cümə namazlarına imamlıq edən ayətüllah Ahmad Khatami yanvarın 26-da deyib ki, son etirazlar “kiberfəza təhrikçiləri” tərəfindən idarə olunub.

Ayətüllah deyib: “Xaricilərin platforması olan kiberfəza qudurmuş itdir. Özbaşına buraxılsa, bir də qapacaq”.

İran, etirazların ilk günlərində Instagram aplikasiyasını bloklamışdı.

Dekabr ayında baş vermiş etirazların yüzlərlə iştirakçısının hələ də həbsxanalarda saxlandığı güman edilir.

Bu, 2009-cu ilin nümayişlərindən bu yana İranda baş vermiş ən böyük antihökumət etirazları idi.

Birləşmiş Ştatlar yanvarın 12-də İranın “ciddi insan haqları pozuntularında” iştirakı olduğu düşünülən 14 vətəndaşına hədəfli sanksiyalar qoyub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG