Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

ABŞ "İran İslam İnqilab Qvardiyası"nı terrorçu təşkilatlar siyahısına sala bilər


İran İslam İnqilab Qvardiyası, 11 fevral, 2019, Tehran
İran İslam İnqilab Qvardiyası, 11 fevral, 2019, Tehran

ABŞ İran İslam İnqilab Qvardiyasını terrorçu təşkilatlar siyahısına salmaq fikrindədir.

Bu barədə informasiya portalları ABŞ prezidenti Donald Trump administrasiyasındakı mənbələrə istinadla xəbər verirlər.

İndiyədək heç bir rəsmi dövlət strukturu terrorçu təşkilatlar siyahısına salınmayıb və əgər bu baş versə ilk belə hal olacaq.

Bazar ertəsi-martın 8-də belə bir açıqlama olacağı gözlənir.

Məlumata görə bu məsələ artıq bir neçə illərdir ki, müzakirə olunur.

Amma “İran İslam İnqilab Qvardiyası” nın İrandan kənarda keçirilən əməliyyatlara görə cavabdeh olan bir bölməsi hələ 2007-ci ildə terrorçu təşkilatlar siyahısına salınıb.

“İran İslam İnqilab Qvardiyası”nın rəhbəri isə “2017-ci ildə isə xəbərdarlıq etmişdi ki, əgər belə bir qərar qəbul edilsə, onlar da buna cavab olaraq ABŞ ordusuna “terrorçu təşkilat” kimi baxacaqlar.

ABŞ-ın tənqidçiləri isə xəbərdarlıq edirlər ki, bu Birləşmiş Ştatlarla dost olmayan ölkələri də belə bir addım atmağa həvəsləndirə bilər.

“İran İslam İnqilabı Qvardiyası” 1979-cu il inqilabından sonra yaradılıb və ölkənin təhlükəsizliyinə görə cavabdehdir.

Hesablamalara görə, bu korpusun 125 min üzvü var.

Hərbi-hava və hərbi-dəniz qüvvələri də bu korpusa daxildir.

Bu korpusun döyüşçüləri Suriyadakı xüsusi əməliyyatlarda da iştirak edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG