Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:14

İranda impiçment başlayır


İran parlamenti (Arxiv)
İran parlamenti (Arxiv)

İran parlamenti prezident Hasan Rouhaninin hökumətində yer alan üç naziri vəzifəsindən kənarlaşmağı planlayır.

Azadlıq Radiosunun İran xidməti xəbər verir ki, parlament əmək, yol və kənd təsərrüfatı nazirlərini impiçment etmək proseduruna başlayır.

İran televiziyası martın 10-da bu haqda məlumatı vitse-spiker Ali Motahari-yə istinadla yayıb.

O deyib ki, üç nazirin yaxın günlərdə vəzifədən kənarlaşdırılmasına cəhd ediləcək.

İran parlamentinin deputatı Akbar Ranjbarzadeh isə jurnalistlərə bildirib ki, əmək naziri Ali Rabi’i, eləcə də yol və nəqliyyat naziri Abbas Akhundi -nin məsələsinə martın 13-də, kənd təsərrüfatı naziri Mahmoud Hojati-nin məsələsinə isə martın 14-də ibaxılacaq..

Yol və nəqliyyat nazirinin istefası tələbi hələ fevralın 19-da səslənmişdi - Tehrandan Yəsuca uçan sərnişin təyyarəsinin qəzaya uğramasından bir gün sonra.

Həmin qəzada 65 nəfər ölmüşdü.

Buna da bax: Təyyarə qəzasında ölənlərin yaxınları danışır

İrandakı təyyarə qəzasında ölənlərin yaxınları danışır
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Müstəqil ekspertlər hesab edirlər ki, İranın nəqliyyat sistemində, xüsusən hava daşınmalarında tez-tez baş verən qəzalar ölkənin uzun illər Qərb sanksiyaları altında olması ilə bağlıdır.

İranda istifadə olunan təyyarələrin çoxu 1970-ci illərdə istehsal edilib.

Mübahisəli nüvə proqramına görə İrana qoyulmuş sanksiyalar bir müddət əvvəl götürülsə də, İran öz təyyarə parkını hələ ki təzələyə bilməyib.

Parlamentdə yol və nəqliyyat nazirinin impiçmenti təşəbbüsü ilə çıxışı edənlər hesab edirlər ki, o, "böhran şəraitində nəqliyyat sektoruna rəhbərlik etməyi bacarmır", "parlamentin nəqliyyat sektoru ilə bağlı planlarını həyata keçirmir".

Akhundi-nin vəzifədən kənarlaşdırılması məsələsi bundan əvvəl 3 dəfə parlamentdə səsverməyə qoyulub, amma o hər dəfə etimad səsverməsindən qalib çıxıb.

Rabi’i-nin əmək naziri vəzifəsindən uzaqlaşdırılması təşəbbüsü ilə çıxış edən deputatlar isə onu "fəhlələrin haqlarını pozmaqda", "pensiya fondlarını səriştəsiz idarə etməkdə" və "sahibkarlara lazımınca dəstək verməməkdə" suçlayırlar.

Yanvarın 15-də İrana məxsus neft tankerinin batmasından sonra Rabi’i də tənqidlərə tuş gəlib.

Həm tanker, həm də qəzaya uğrayan təyyarə əmək nazirliyinə məxsus idi.

İranın neft tankeri toqquşaraq partlayıb,32 nəfər itkin düşüb
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

Kənd təsərrüfatı nazirinin impiçmentinə çağıranlar isə onu "kənd təsərrüfatı məhsulları bazarını tənzimləyə bilməməkdə, şəkər zavodlarının müflis olmasında və süd istehsalının azalmasında" günahlandırırlar.

Rouhani administrasiyası hələ ki rəsmən impiçment təşəbbüslərinə reaksiya verməyib. Amma vitse-prezident Es’haq Jahangiri deyib ki, ""Düzdü, impiçment təşəbbüsü ilə çıxış etmək Məclisin (parlamentin - red.) haqqıdır, Amma bəzi insanlar hökumətin ən böyük nailiyyətlərini mənfi yöndən təqdim etməyə çalışırlar".

İmpiçment tərəfdarlarının çoxu parlamentdəki mühafizəkarlardır. Amma Azadlıq Radiosunun İran xidməti yazır ki, bu təşəbbüsə qoşulanlar arasında bəzi islahatçılar da var.

Buna da bax: İranda etirazlarda ölənlərin sayı 10-a çatdı

İranda etirazlarda ölənlərin sayı 10-a çatdı
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG