Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

İranda iki güclü zəlzələ olub


Dekabrın 1-də Kirmanda güclü zəlzələ baş vermişdi (Foto arxivdəndir)
Dekabrın 1-də Kirmanda güclü zəlzələ baş vermişdi (Foto arxivdəndir)

İranın Kirman bölgəsinin şimal-şərqində 6.1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə məlumatı ABŞ Geoloji Müşahidə Xidməti verib.

Bu zəlzələnin ardınca onlarca kiçik təkanların baş verdiyi bildirilir.

Dekabrın 13-də gecə saatlarında eyni ərazidə 6 bal gücündə ikinci zəlzələ qeydə alınıb. Bu zəlzələnin episentri 10 kilometr dərinlikdə olmaqla daha dayaz idi. Lakin dayaz episentrdən şüalanan zəlzələlərin yerüstü silkələnmələri daha güclü olur.

Sonuncu zəlzələnin episentri Kirmanın 64 kilometrliyində olub.

ABŞ Geoloji Müşahidə Xidməti bildirib ki, bu ərazidə adamlar daha çox zəlzələyə davamsız evlərdə yaşayırlar.

Dağıntı və itkilər barədə məlumatlar daxil olmayıb.

Bundan əvvəl İran dövlət televiziyası birinci zəlzələdə insan tələfatı olmadığını, lakin azı 18 nəfərin xəsarət aldığını bildirmişdi.

Sosial media ilə postlanmış fotolarda adamların küçələrə toplaşdığı görünür. Zədələnmiş 20-dək kərpic binanın çox köhnə olduğu bildirilir.

Bundan əvvəl, dekabrın 11-də qərbi İranda İran dövlət mediasının 6, ABŞ Geoloji Xidmətinin 5.4 bal gücündə qiymətləndirdiyi daha bir zəlzələ olmuşdu.

Bu rayonda ötən ay baş vermiş 7.3 bal gücündə zəlzələ nəticəsində azı 530 nəfərin həlak olduğu xəbər verilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG