Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 02:03

İran “İŞİD-in 27 agentini” həbs etdiyini bildirir


Tehranda anti-İŞİD əməliyyatı. Foto iyunun 7-də çəkilib

İran bildirir ki, İslam Dövləti adlandırılan təşkilatın tapşırığı ilə ölkə ərazisində hücumlar həyata keçirməyi planlaşdıran 27 nəfəri həbs edib. Bunlardan 10 nəfərinin “regional dövlətlərdən” birinin ərazisində həbs olunduğu xəbər verilir.

İran Kəşfiyyat Nazirliyinin məlumatına görə həbs edilən şəxslər ölkənin mərkəzi rayonlarında və dini məkanlarında partlayışlar planlaşdıran terrorçu qrupun üzvləidir.

Nazirliyin bəyanatında deyilir ki, şübhəlilərdən 10 nəfəri İranın xaricində, regional ölkələrdən biri ilə kəşfiyyat məlumatı mübadiləsi nəticəsində həbs edilib.

Bəyanatda bildirilir ki, 17 nəfərdən beşi İranda hücumlar təşkil etməli və 12 nəfər isə onlara dəstək verməli idi.

İŞİD-in İranı hədələyən videosundan kadr
İŞİD-in İranı hədələyən videosundan kadr

Xəbər verilir ki, həbslərin əsnasında çox sayda silah və sursat da ələ keçirilib. Bu silahları İrana ev avadanlığı qutularının içərisində gətirməyə çalışırdılar.

İyunun 7-də İranda törədilmiş qoşa ölümcül basqına görə məsuliyyəti öz üzərinə İŞİD götürmüşdü.

O vaxt intiharçılar parlament kompeksi və Xomeyninin məqbərəsinə basqın etmişdilər. Hücumların nəticəsində 18 nəfər həlak olmuşdu.

O vaxtdan bəri İranda bu hücumlarla bağlı olduqları deyilən onlarca şübhəli həbs olunub.

İyunun 19-da İran habelə Suriyanın şimal-şərqindəki İŞİD bazasına raket zərbələri endirib.

İŞİD döyüşçüləri şiə İranı daha çox hücumlarla hədələyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG