Keçid linkləri

2026, 01 Yanvar, Cümə axşamı, Bakı vaxtı 16:01

Tehran hipersonik raketi sınaqdan keçirdiyini bildirib


İranın hipersonik raketi təlimlərdə
İranın hipersonik raketi təlimlərdə

Reuters agentliyi bildirir ki, İran bundan əvvəl bu tip raketlərin sınağını keçirdiyi barədə məlumat verməmişdi

İranın kosmik-hava qüvvələrinin komandanı Əmir Əli Hacızadə İranda hipersonik raketin hazırlandığı barədə məlumat verib.

Bu barədə xəbəri İranın Təsnim agentliyi yayıb.

Əmir Əli Hacızadə deyib ki, bu raket yüksək sürətlə uçur, atmosferdə və ondan daha yuxarı qatlarda manevr edir.

O əlavə edib ki, raket müasir hava hücumundan müdafiə sistemlərini vura və onların müdafiəsini yara bilir.

Reuters agentliyi bildirir ki, İran bundan əvvəl bu tip raketlərin sınağını keçirdiyi barədə məlumat verməmişdi.

Qərb hərbi ekspertləri bildirirlər ki, Tehran bəzən özünün silah texnologiyaları sahəsindəki nailiyyətlərini şişirdir.

Hipersonik raketlər mürəkkəb trayektoriya ilə səsdən ən azı beş dəfə yüksək sürətlə uçur və buna görə də hava hücumundan müdafiə sistemlərinin onları vurması son dərəcə çətindir.

Xalq artisti Vidadi Həsənov: 'Nazir gəlib görsə ki, aktyorlar necə az maaş alır...'
Gözlə

No media source currently available

0:00 0:22:37 0:00

ABŞ-ın narahatlığı

İndiyədək Rusiya, Çin, ABŞ və ehtimalən Şimali Koreyanın hipersonik raketləri sınaqdan keçirdiyi məlumdur.

Bu sahədə niyyətlərini Avstraliya, Britaniya və Fransa da bəyan ediblər.

Noyabr ayında İran xəbər vermişdi ki, özünün Ğayem 100 üçmərhələli daşıyıcı raketini sınaqdan çıxarıb.

Uşaqlara Makronu ələ salan mahnı oxutdurmaq... Qanunlar nə deyir?
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00

Xəbər verilirdi ki, bu raket çəkisi 80 kiloqramadək peykləri Yerdən 500 kilometr aralı orbitə çıxara bilir.

ABŞ İrandan alınan bu xəbərlə bağlı narahatlığını bildirmişdi. Vaşinqton narahat idi ki, Ğayem 100 raketi nüvə başlığı daşıya bilər.

Tehran bu kimi niyyətlərinin olduğunu inkar edir.

XS
SM
MD
LG