Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 17:57

BMT İran həbsxanalarındakı kütləvi aclıq aksiyasından narahatdır


BMT-nin xüsusi məruzəçisi Asma Cahangir

Birləşmiş Millətlər Təşkialtının insan haqları təhqiqatçısı İranı onun həbsxanalarında uzun müddətdir ki, davam edən aclıq etirazları barədə tez bir zamanda tədbir görməyə çağırıb.

Xəbərlərə görə bir çox İran həbsxanalarında məhbuslar saxlanma şəraitinin ağırlığına və heç bir izahat verilmədən daha sərt rejimli həbsxanalara köçürülmələrinə etiraz edirlər.

BMT-nin xüsusi məruzəçisi Asma Cahangir avqustun 31-də deyib ki, o, 15 bəhai də daxil 53 məhbusun səhhətinin kəskin pisləşməsi barədə xəbərlərdən “dərin” narahatlıq keçirir.

BMT rəsmiləri bildirirlər ki, 53 məhbusdan azı 18-nin aclıq etirazı keçirdiyi məlumdur.

Son həftələrdə belə məhbuslardan bəzilərinin Tehran yaxınlığındakı Kərəcdə, Rəcayi-Şəhr həbsxanasının sərt rejimli korpusuna transfer edildiyi xəbər verilir.

Keçmiş prezident Rəfsəncaninin qızı Faizə Haşemi bəhailərə baş çəkməklə siyasi qalmaqala səbəb olmuşdu
Keçmiş prezident Rəfsəncaninin qızı Faizə Haşemi bəhailərə baş çəkməklə siyasi qalmaqala səbəb olmuşdu

İranın şiə hökuməti bəhailiyi 19-cu əsrdə İslamdan qopmuş kafir təriqət hesab edir.

Bu gün İranda 300 min bəhainin yaşadığı təxmin edilir.

Xanım Cahangir deyib ki, İran hökuməti aclıq aksiyaları ilə əlaqədar yaranmış acınacaqlı vəziyyət barədə çevik tədbirlər görməlidir.

O eyni zamanda İran rəsmilərini insan ləyaqətinə və azadlığına hörmət etməyə çağırıb.

Amnesty International avqustun 22-də verdiyi bəyanatda bu dustaqların çoxunu “siyasi məhbus” adlandırıb.

İran rəsmiləri BMT-nin çağırışı ilə bağlı heç bir şərh verməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG