Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:38

Rohani: ‘İran hətta bombalansa belə, təslim olmayacaq’


İran prezidenti Hassan Rohani
İran prezidenti Hassan Rohani

İran prezidenti Hassan Rohani mayın 23-də deyib ki, onun ölkəsi hətta bombalansa belə, ABŞ-ın təzyiqləri qarşısında təslim olmayacaq.

Rohani ilə eyni gündə bəyanat verən İran silahlı qüvvələrinin baş qərargah rəisi general-mayor Mohammad Baqeri deyib ki, “düşmənin hər hansı avantürizmi dağıdıcı cavabla üzləşəcək”.

IRNA agentliyinin xəbərinə görə 1980-1988-ci il İran-İraq müharibəsinin yadetmə mərasimində çıxış edən prezident Rohani deyib ki, “iranlılar həyatlarındakı çətinliklərə baxmayaraq indiyədək təzyiqlərə boyun əyməyiblər”.

Rohani bildirib ki, İran “hətta onun torpağı bombardman edilsə də, müstəqillik və ləyaqətindən geri çəkilməyəcək”.

Bundan əvvəl İran silahlı qüvvələrinin baş qərargah rəisi general-mayor Mohammad Baqeri demişdi ki, ABŞ-İran qarşıdurması “iradələrin çarpışmasıdır”.

Baqeri xəbərdarlıq etmişdi ki, İran “düşmənin hər hansı təxribatına güclü, dağıdıcı və məhvedici cavab verəcək”.

***

İran Birləşmiş Ştatlarla “heç bir şəraitdə” danışıqlara getməyəcəyi barədə bəyanatı təkrar səsləndirib və 2015-ci il nüvə sazişinin imza sahibi olan ölkələri öz öhdəliklərinə əməl etməyə çağırıb. Tehran bu sazişlə bağlı səbrinin tükənməkdə olduğunu bildirib.

Keyvan Khosravi
Keyvan Khosravi

"Bizim ölkəmizin hüquqlarına hörmət edilmədikcə, sözlər hərəkətə keçmədikcə, bizim tutdiuğumuz yol indi olduğu kimi qalacaq”.

Bu barədə bəyanatı mayın 23-də İran Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Khosravi elan edib.

O əlavə edib ki, “heç bir şəraitdə danışıqlardan söhbət gedə bilməz”.

İran və Birləşmiş Ştatlar arasında münasibətlər ötən il prezident Donald Trump ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxartdıqdan sonra ən aşağı həddinə enib.

Sözü gedən müqavilə İranla, ABŞ da daxil, dünyanın 6 gücü arasında imzalanıb və üzərindəki sanksiyaların qaldırılması müqabilində Tehranın nüvə fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutur.

ABŞ bu sazişdən çıxandan bəri Vaşinqton ritorikasını sərtləşdirib və Tehran üzərinə sanksiyaları bərpa edib.

Nüvə sazişini imzalamış Avropa ölkələri – Britaniya, Fransa, Almaniya hazırda bu müqavilənin qorunub saxlanmasına səy göstərirlər, lakin Tehran onların “ləngliyindən” narahatlıq keçirdiyini deyir.

Nüvə sazişini Rusiya və Çin də imzalayıblar.

İran mayın 8-də verdiyi bəyanatda bildirib ki, dünya gücləri onun maraqlarını ABŞ sanksiyaları qarşısında müdafiə etməsələr, Tehran uranın zənginləşdirilməsi fəaliyyətinə başlayacaq.

Donald Trump administrasiyasının rəsmiləri son həftələrdə Birləşmiş Ştatların iştirakı ilə hərbi münaqişənin yer ala biləcəyindən narahatlıq ifadə edirdilər.

Vaşinqton Yaxın Şərqə, İrana yaxın sulara hərbi gəmilər göndərmişdi və İrandan Amerika maraqlarına “real təhlükə” olduğunu bildirirdi.

Tehran ABŞ-ın bu iddialarını dəfələrlə rədd edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova mayın 23-də Vaşinqtonu, “sanksiyalar qoymaqla, hərbi təzyiqi artırmaqla və aqressiv ritorikadan istifadə etməklə İranı “birbaşa qarşıdurmaya” çəkmək cəhdlərində ittiham edib.

Zakharova-nın bu bəyanatından əvvəl Reuters agentliyi xəbər vermişdi ki, İranla bağlı gərginliyin artması ilə əlaqədar Pentaqon Yaxın Şərqə 5000 hərbçidən ibarət əlavə qüvvə göndərilməsinə dair təklifi təhlil etməkdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG