Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

ABŞ 'Taxtlar oyunu'na hücum edən iranlı haker 'Vəhşətə' qarşı ittiham irəli sürüb


ABŞ prokurorları İran vətəndaşını HBO kabel televiziyası şəbəkəsinə haker müdaxiləsi etməkdə və “Taxtlar oyunu” da daxil efirə verilməmiş proqramların seriya və süjet xətlərini oğurlamaqda ittiham ediblər. Hakerin şəbəkəni şantaj edərək oğurlanmış materialların yayılmaması üçün 6 milyon dollar tələb etdiyi bildirilir.

Media xəbərlərinə görə “Skote Vəhşət” ləqəbi ilə tanınan Behzad Mesriyə qarşı rəsmi ittiham noyabrın 21-də Manhattan prokurorluğunda elan edilib. ABŞ-ın baş prokurorluğu bildirib ki, Mesri həbs olunmayıb. Prokurorluq şübhəlinin harada olduğu barədə suala cavab verməyib.

“Hakerlik eksperti” olduğunu etiraf edən Mesriyə qarşı ittihamnamədə deyilir ki, o İran hərbiyyəsinin sifarişi ilə hərbi sistemlərə, nüvə kompüter proqramlarına və İsrailin infrastrukturuna hücumlar hazırlayıb.

Prokurorluq bunu da bildirir ki, Mesri İranın Turk Black Hat Security Team haker qrupuna Birləşmiş Ştatların və başqa ölkələrin yüzlərlə internet saytını dağıtmaqda kömək edib.

Mesrinin son haker hücumu yay aylarında başlanıb. O vaxt HBO “Taxtlar oyununun” yeni mövsümünə başlamışdı, HBO-nun daxil olduğu Time Warner Inc şirkəti isə 2016-cı ilin oktyabrında elan edilmiş sövdələşməyə əsasən özünü 85 milyard dollara AT&T Inc şirkətinə satmağa hazırlaşırdı.

İttihamnamədə qeyd olunur ki, Mesri HBO-ya may-avqust aylarında haker müdaxiləsi edərək onun hələ satışa buraxılmamış “Taxtlar oyunu” seriyalarını oğurlayıb.

Mesri habelə “Taxtlar oyunu” üçün hazırlanmıçş süjetlər xülasəsini ələ keçirib. Bildirilir ki, Mesri əvvəlcə HBO əməkdaşlarının məlumatlarını oğurlayaraq sistemə giriş əldə edib.

O oğurladığı məlumatın gizli saxlanması müqabilində 6 milyon dollar qoparmaq istəyirdi. Onun HBO rəhbərliyinə göndərdiyi e-mail-lər bəzən “Taxtlar oyunundan” cani zombie Gecə Kralının – Night King-in fotoları ilə imzalanırdı.

Reuters Mesridən şərh ala bilmədiyini xəbər verib.

Prokurorlar Mesrini kompüter dələduzluğunda, internet fırıldaqçılığında, şantaj və reketdə, habelə şəxsi məlumatların oğurlanmasında ittiham edirlər.

HBO sözçüsü Jeff Cusson hər hansı şərh verməkdən imtina edib və deyib ki, indiki mərhələdə şərhləri yalnız ABŞ prokurorluğundan almaq olar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG