Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:10

İranlı hakerlər ABŞ-a hücuma keçib


►Amerika rəsmiləri və özəl təhlükəsizlik şirkətləri İran tərəfindən mürəkkəb kompüter casusluğu dalğasını müşahidə edirlər.

Bunun təzahürlərindən biri ABŞ Dövlət Departamenti rəsmilərinə qarşı edilən silsilə kiberhücumlardır.

İndi Amerika rəsmiləri belə nəticəyə gəliblər ki, İranda bəzi mühafizəkarlar üçün kibercasusluq ölkənin nüvə proqramı vasitəsilə əldə edə biləcəyi (lakin Qərblə razılaşmadan sonra əldə edə bilmədiyi) nüfuzu kompensasiya etmək üçün alətə çevrilməkdədir. Üstəlik bu üsul hər hansı hərbi cavab tədbirinə rəvac vermədən ABŞ-a hücum etmək imkanı verir.

ABŞ rəsmiləri hər hansı kiberbacarıqların, hətta ən qabaqcıl kibersilahların nə vaxtsa o dərəcədə böyük gücə çevriləcəyinə inanmasalar da, bu günlərdə İranın bu sahəyə diqqəti nəzərəçarpacaq dərəcədə artıb.

Amerikanın diplomatik və hüquq-mühafizə rəsmilərinin verdiyi məlumata görə, ötən ilin payızında İran hakerləri Dövlət Departamentinin İran və Yaxın Şərq üzrə ixtisaslaşmış ayrı-ayrı rəsmilərinin elektron poçtunu və sosial media hesablarını sındırıblar. Facebook hücum qurbanlarına hesablarının dövlətin dəstəklədiyi hakerlərin müdaxiləsinə məruz qaldığı barədə məlumat verməsəydi, Dövlət Departamenti bəlkə də baş verənlərdən xəbər tutmazdı.

Buna da bax: ABŞ İran hakerlərinə “adbaad cinayət işi” açdı

Qeyd edilir ki, İranın kiberbacarıqları hələ ki, Rusiya və Çininkilərə çatmır. Ancaq gənc hökumət məmurlarının sosial media hesablarından istifadə edərək Dövlət Departamentinə qarşı hücum həyata keçirməsi əvvəllər görünməmiş ixtiraçılıq qabiliyyətinin təzahürüdür.

İranla nüvə razılaşmasının əldə olunmasından sonra ABŞ kəşfiyyatı yüksək rütbəli rəsmiləri İranın kibercasusluğu gücləndirəcəyindən xəbərdar edib.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin kiberproqramının rəhbəri James Lewis deyir ki, "İranlılar əslində ola biləcəkləri qədər destruktiv deyillər, ancaq onların kibercasusluğu get-gedə daha da aqressivləşir. Onlar bilirlər ki, bu, Birləşmiş Ştatların cavab reaksiyasına səbəb olmayacaq. Belə görünür ki, onlar nüvə razılaşmasının icrasının hər mərhələsinə uyğun şəkildə hərəkət edirlər."

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Noyabr ayında Konqresin buna cavab olaraq qəbul etdiyi müdafiə qanunu hücum və müdafiə xarakterli İnternet fəaliyyətini həyata keçirən Birləşmiş Ştatlar Kiber Komandanlığına gələn il kompüter müharibə oyunları yaratmaq barədə təlimat verir. Oyunların Çin, İran, Şimali Koreya və Rusiya tərəfindən yaradılan təhlükələri əks etdirməsi planlaşdırılır.

Qeyd olunur ki, İranın kiberhücumları yeni fenomen deyil. Bu hücumlar amerikalıların İranın Natanzda yerləşən nüvə bazasına kiberhücumlarından sonra başlayıb. Həmin əməliyyat zamanı mindən yuxarı sentrifuqa sıradan çıxarılmış, İran rəsmilərinə kompüter silahlarının gücü nümayiş etdirilmişdi. ABŞ-ın kiberhücumlarının başlanğıcı George W. Bush administrasiyasının sonlarına təsadüf edir.

Amerika hökumət rəsmiləri və təhlükəsizlik üzrə ixtisaslaşmış tədqiqatçılar deyirlər ki, Amerika banklarının saytlarına silsilə hücumların da, dünyada ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanının Aramco şirkətinə destruktiv hücumun da arxasında İran hakerləri durur. Həmin vaxt şirkət əməkdaşlarının kompüterlərindəki məlumat yanan Amerika bayrağının şəkli ilə əvəz edilmişdi.

Bundan əlavə Amerikanın hökumət rəsmiləri İranı Qatarın təbii qaz nəhəngi olan RasGas şirkəti və Las Vegasdakı "Sands Casino"ya qarşı kiberhücumlarda da günahkar bilirlər. Bu hücumlarda da çoxlu sayda kompüter sıradan çıxarılmışdı.

İlk baxışdan qəribə hədəf kimi görünən bu kazino Respublikaçılar Partiyasından olan namizədlərin əsas maliyyələşdiricisi olan Sheldon Adelsona məxsusdur. Hücumlardan bir qədər əvvəl o təklif etmişdi ki, nüvə texnologiyasından imtina etməsə, İrandakı səhraya nüvə silahı atılsın.

Ancaq analitiklər deyirlər ki, 2014-cü ildə İran kiberhücumlardan dağıdıcılıq məqsədilə deyil, casusluq üçün istifadə etməyə başlayıb.

Dallasda yerləşən "iSight Partners" kompüter kəşfiyyat şirkəti bildirir ki, 2014-cü ilin mayından etibarən tədqiqatçılar İran hakerlərinin ABŞ, İngiltərə və İsraildə yaşayan iranlı dissidentlər, keçmiş siyasətçilər, yüksək rütbəli hərbi personal və müdafiə sisteminin kontraktorlarını hədəfə aldığını aşkar ediblər.

İsrailin "Check Point" kibertəhlükəsizlik şirkəti bildirir ki, hücumların sayı Vyanada nüvə danışıqları ərəfəsində, 2015-ci ilin may ayında pik həddinə çatıb. Həmin vaxt 1500-dən çox hücum cəhdi qeydə alınıb.

"iSight Partners"in kibercasusluğun təhlili proqramının rəhbəri John Hultquistin sözlərinə görə, bəzi tədqiqatçılar hətta daha təhlükəsi trendin şahidi olublar. Belə ki, danışıqlardan bir neçə ay əvvəl İran hakerləri mühüm infrastruktur şəbəkələrinə müdaxilə etməyə cəhd ediblər. Bu müdaxilələr kəşfiyyat xarakteri daşıyıb. Ancaq bu kəşfiyyat fiziki ziyan vurmağa qadir kiberhücumlara hazırlıq məsədilə həyata keçirilib.

Şirkət bildirir ki, sonra, ABŞ və İran rəsmilərinin nüvə proqramına dair razılığa gəlmək üçün Vyanaya toplaşdığı iyun və iyul aylarında bircə dənə də olsun kiberhücum qeydə alınmayıb.

Bunun əvəzində "iSight"ın tədqiqatçıları İran hakerlərinin hədəfinin dəyişdiyini görüblər. "İslam Dövləti" İraqdakı ərazilərini genişləndirdiyi vaxt onlar İsraildəki hədəflərə və İŞİD-ə fokuslanmağa başlayıblar.

Ancaq nüvə razılaşmasının əldə olunmasından cəmi iki həftə sonra iranlı hakerlər əvvəlki hədəflərinə qarşı hücumlarını bərpa ediblər. "Check Point"un tədqiqatçıları hücumçuların hədəf siyahısını yaratmağa nail olublar. Siyahıda aralarında alimlər, şirkət rəhbərləri, nazirlik rəsmilərindən tutmuş təhsil müəssisələri, jurnalistlər və bütün dünyadan olan insan hüquqaları fəallarına qədər 1600-a qədər fərdin, adı var.

Buna da bax: "İlk günlər Araz qəbul edə bilmirdi"

"İlk günlər Araz qəbul edə bilmirdi"
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

XS
SM
MD
LG